Azərbaycanda 10 rayonun mərkəzi xəstəxanasında xəstələr üçün növbə sistemi yaradılıb
Tibbi Xəbərlər

Azərbaycanda 10 rayonun mərkəzi xəstəxanasında xəstələr üçün növbə sistemi yaradılıb

Quba, Qusar, Ağsu, Şamaxı, Şəki, Kürdəmir, Ucar, Göyçay, Qəbələ və Zaqatala rayon mərkəzi xəstəxanalarında növbə sistemini tənzimləyən terminallar quraşdırılıb.

1Arada.az İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, ilin sonuna kimi avadanlıqların digər xəstəxanalarda da quraşdırılması nəzərdə tutulub. 

Qeyd edək ki, yanvar 1-dən etibarən icbari tibbi sığortanın 23 regionda tətbiqinə başlanılıb. Bu regionlara Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Ağdaş və Yevlax daxildir. Eyni zamanda  Naxçıvan Muxtar Respublikasında da yanvarın 1-dən icbari tibbi sığorta tətbiq olunur.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir