Azərbaycanda 10 nəfər dəm qazından zəhərlənib
Hər Şeydən Bir Az

Azərbaycanda 10 nəfər dəm qazından zəhərlənib

Salyanda bir gündə iki ailədə zəhərlənmə hadisəsi baş verib.

1Arada.az xəbər verir ki, hadisə rayonun Qızılağac kəndində baş verib. Kənddə yaşayan bir ailənin üzvləri -1989-cu il təvəllüdlü Mehralıyeva Günel Bəxtiyar qızı, 1990-cı il təvəllüdlü Səfərova Aygün Bəxtiyar qızı, 2007-ci il təvəllüdlü Teymurova Təranə Taleh qızı, 2010-cu il təvəllüdlü Teymurova Yağmur Taleh qızı, 2015-ci il təvəllüdlü Teymurov Mehrab Taleh oğlu, 1995-ci il təvəllüdlü Səfərov Məhin Zeynal oğlu, 2019-cu il təvəllüdlü Səfərova İnci Məhin qızı evdə yatdıqları zaman dəm qazından zəhərləniblər.

Özlərini halsız hiss edən ailə üzvləri Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada onlara ilk tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.

Digər hadisə zamanı isə ailənin 3 üzvü dəm qazından zəhərlənib.

Hadisə rayonun Qaraçala qəsəbəsində baş verib. Qəsəbə sakinləri – 1988-ci il təvəllüdlü Abdullayeva Nuranə Şahin qızı, onun övladları, 2010-cu il təvəllüdlü Abdullayev Murad Əhməd oğlu, 2016-cı il təvəllüdlü Abdullayev Əkbər Əhməd oğlu hamamda çimərkən dəm qazından zəhərləniblər.

Ana və övladları Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ilk tibbi yardım aldıqdan sonra evə buraxılıblar.

Faktlarla bağlı araşdırma aparılır. (Oxu.az)

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir