Hər Şeydən Bir Az Qadın Uşaq Kişi

Ayaqqabı Seçərkən Bunlara Diqqət Edin – Kişilər Üçün

Deyirlər, “Dost üzə, düşmən isə ayağa baxar”. Bu qədim el misalında böyük bir həqiqət var. İdeal xarici görünüş üçün ayaqqabı seçiminə diqqət etmək şərtdir. Çoxumuz bu vacib məqama o qədər də diqqət yetirmir, nəticədə isə düzgün kombin etdiyimiz geyimi yalnış ayaqqabı seçimi ilə korlayırıq. Belə olan halda bədxahlarınız o dəqiqə gözünü ayaqlarınıza dikib deyirlər: bu nə ayaqqabıdır geyinmisən?
Ayaqqabı seçərkən diqqət etməli olduğumuz bəzi incə məqamlar var. Bunlardan birincisi ayaqqabının ön hissəsidir. Xəbəriniz olsun ki, bəzilərinin hələ də dəbli hesab etdiyi ön hissəsi uzun və iti olan ayaqqabılar artıq keçmişdə qalıb. Belə ayaqqabılardan istifadə etmək qətiyyən məsləhət görülmür. Əgər klassik geyimə üstünlük verirsinizsə, yaxşı olar ki, onunla ön hissəsi dördkünc formada olan ayaqqabıları uyğunlaşdırasınız. Ayaqqabının dabanı nə qədər incədirsə, bu onun bir o qədər ucuz olduğunu göstərir. Buna görə də ayaqqabı seçərkən onun daban hissəsinin daha qalın və möhkəm olmasına diqqət edin. Ayaqqabı rütubətli yerdə saxlanılmamalı, paltaryuyan maşında və ya əldə yuyulmamalıdır. Onu nəm dəsmalla təmizləmək və otaq temperaturunda qurutmaq lazımdır. Ayaqqabıya hopan tər 24 saat ərzində buxarlanır. Ayaqqabı corabsız geyinildiyi zaman pis qoxu verə bilər. Astarı sintetik materiallardan hazırlanan ayaqqabılarda tərləmə və pis qoxu labüddür. Belə ayaqqabılar istifadədən sonra açıq havada saxlanılmalıdır. Nabuk və zamşa materiallarından hazırlanan ayaqqabıları xüsusi fırça ilə təmizləmək və boya ilə boyamaq olar. Onları yumaqsa qəti qadağandır.
Geyiminizin ayrılmaz hissəsi olan ayaqqablarınızın uzun ömürlü etmək üçün onun dərisinə, rənginə uyğun kremlərdən, qulluq vasitələrindən istifadə etməliyik. Bu qədər, əziz kişilər. Unutmayın ki, geyimimizin hər incə detalı bizim haqqımızda ətrafdakılarda müəyyən fikir formalaşdırır. Zövqlə geyinmək yalnız dəb saytlarından və jurnallarından bu ilin rəngini öyrənib ona uyğun geyim kombin etmək deyil. Eyni zamanda bütün xırdalıqlara diqqətlə yanaşmaq deməkdir.

Yazar : Rəşad Əliyev

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir