“Araz Supermarket”də zərərli orqanizmlərlə sirayətlənmiş 500 kq məhsul aşkarlandı
Hər Şeydən Bir Az

“Araz Supermarket”də zərərli orqanizmlərlə sirayətlənmiş 500 kq məhsul aşkarlandı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

 1Arada.az xəbər verir ki, bu barədə AQTA-dan “report”a bildiriblər.

Verilən məlumata görə, Agentlik tərəfindən həyata keçirilən fitosanitar nəzarət tədbirləri zamanı “Araz Supermarket” MMC-nin Türkiyə Respublikasından idxal etdiyi naringi məhsuluna baxış keçirilib.

Məhsuldan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq protokoluna əsasən, məhsulda karantin tətbiq edilən zərərli orqanizmlərdən Pseudococcus gahani Green (sitrus unlu yastıcası) aşkar olunub.

Azərbaycan Respublikasında aşkarlanmayan, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin ölkə ərazisinə idxal olunması və yayılmasının qarşısının alınması məqsədilə zərərli orqanizmlərlə sirayətlənmiş məhsulun məhv edilməsi barədə qərar verilib.

Zərərvericilərlə sirayətlənmiş 500 kq naringi “Araz Supermarket” MMC-nin və Agentliyin əməkdaşlarının iştirakı ilə Sumqayıt şəhər tullantıları poliqonunda məhv edilib.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir