Araşdırmaçılar şokda- Koronavirus səthdə 17 gün yaşayırmış
Hər Şeydən Bir Az

Araşdırmaçılar şokda: Koronavirus səthdə 17 gün yaşayırmış

Yaponiyada karantinə alınan kruiz gəmisi “Diamond Princess”in kayutlarında sərnişinlərin nəqliyyat vasitəsini tərk etməsindən iki həftə sonra koronavirusun izlərinə rast gəlinib.

1Arada.az oxu.az-a istinadən bildirir ki, ABŞ Xəstəliklərə Nəzarət və Müdafiə Mərkəzindən bu barədə açıqlama verilib.

Bildirilir ki, izlərə yoluxma əlaməti olan xəstələrin otaqları boşaldıqdan 17 gün sonra rast gəlinib. Beləliklə, araşdırmaçıları da təəccübləndirən nəticələrə görə, koronovirus səth üzərində iki həftədən artıq qala bilərmiş.

Bununla belə, həmin koronavirus izlərinin hər hansı bir infeksiyaya səbəb olub-olmadığını söyləmək mümkün deyil.

Bundan əvvəl aparılan araşdırma zamanı virusun plastik və ya soyuducu kimi paslanmaz polad səthlərdə üç günə qədər yaşaya bildiyi, ancaq zamanla zərərvermə səviyyəsinin aşağı düşdüyü məlum olmuşdu.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir