Analar diqqət! Sətəlcəmi qriplə səhv salmayın - Əlamətlər
Xəstəliklər

Analar diqqət! Sətəlcəmi qriplə səhv salmayın – Əlamətlər

Havaların dəyişkən keçməsi ilə əlaqədar olaraq əsasən də uşaqlar arasında qrip, soyuqdəymə, angina və s xəstəliklər geniş yayılır. Lakin bəzən elə olur ki, həyatı əhəmiyyətli bəzi xəstəliklərə əhəmiyyət verilməyərək müalicə edilmir. Bu hal xəstəliyin müalicəsinin gecikməsinə və ya səhv aparılmasına gətirib çıxarır. Çox təəssüf ki, bəzi hallarda bu ölümlə nəticələnir. Bu xəstəliklərdən biri də pnevmaniya və ya sətəlcəmdir.

1Arada.az sizə əsasən də uşaqlarda ölümə səbəb olan sətəlcəmin əlmətlərini təqdim edir:

Qrip  40 dərəcəyə qədər hərarətlə, quru öskürəklə, güclü baş və əzələ ağrısı ilə müşayət olunur. Burun axması ilk günlərdə müşahidə edilmir.Uşaqlarda çox vaxt qrip xəstəliyini zökəmdən fərqləndirmək mümkün olmur. Dianozu tez qoymaq üçün isə bir sıra testlərdən istifadə etmək mümkündür.

Zökəm zamanı adətən hərarət çox da yüksəlmir, xəstədə güclü bəlğəmli öskürək və burun axıntısı müşahidə edilir. Ümumilikdə uşaq zökəm zamanı qriplə maqayisədə daha yaxşı hiss edir.

Pnevmaniya və ya sətəlcəm xəstəliyi zökəm və ya qrip xəstəliyinin ağırlaşmasıdır. Lakin bəzi hallarda bu xəstəlik ayrıca da müydana çıxır. Bu xəstəlik adətən güclü öskürək, ümumi zəiflik və yüksək temperaturla xarakterizə olunur.

Pnevmoniyanı təyin etmək çətin ola bilər.Adətən soyuqdəyməyə oxşar simptomlarla keçir və xəstələr adətən daha ağır halda olduqlarını təyin edə bilmirlər. Döş qəfəsində ağrı bir çox pnevmoniyaların ümumi simptomudur. Pnevmoniya simptomları onun törədicisindən asılı olaraq dəyişə bilir:

  • Bakteriya. Bakteriyaların bir çox növləri pnevmoniyaya səbəb olur. Bakterial pnevmoniyalar öz-özünə yarana bilər, eyni zamanda xəstəlik yuxarı tənəffüs yollarının virus infeksiyalarından sonra inkişaf edə bilər. Simptomlar titrətmə, yüksək temperatur, tərləmə, döş qəfəsində ağrı, qısalmış tənəffüs, öskürək, yaşıl və ya sarı bəlğəm.

Maraqlıdır ki, yüksək risk qrupuna daxil olan yaşlı, immun sistemi zəif xəstələrdə simptomlar fərqli ola bilər, məsələn temperatur yüksəlmə əvəzinə aşağı düşə bilər. Bakterial pnevmoniya adətən ağciyərin ancaq bir payına aid ola bilir. Bu lobar pnevmoniya adlanır.

  • Viruslar. Pnevmoniyaların təxminən 50%-i viruslar tərəfindən törədilir. Viral pnevmoniyalar soyuqdəymə tipli simptomlarla başlayır. Adətən quru öskürəklə başlayır, başağrısı, qızdırma, əzələ ağrısı, üzülmə kimi simptomlar rast gəlinir. Xəstəlik inkişaf etdikcə tənginəfəslik əmələ gəlir, az həcmdə olan ağ və ya rəngsiz bəlğəmlə xarakterizə olunur. Virus mənşəli pnevmoniyalar zamanı ikincili olaraq bakterial pnevmoniyalar da əmələ gələ bilər.
  • Mikoplazma. Bu orqanizmlərin törətdikləri pnevmoniyalar özlərində həm bakterial həm də virus mənşəli pnevmoniyaların əlamətlərini birləşdirir.Lakin bu əlamətlər daha mülayim olur və daha gec inkişaf edir. Yataqda qalacaq qədər xəstə olmaya bilərsiniz və hətta pnevmoniya keçirdiyinizi bilməyə də bilərsiniz.

Mikoplazam pnevmoniyaları məktəb uşaqları və gənclər arasında daha çox yayılıb. Antibiotiklərlə müalicəyə həssadırlar. Lakin quru öskürək və zəiflik bir müddət davam edə bilər.

  • Göbələk. Bir sıra göbələk növləri pnevmoniyaya səbəb ola bilər. Bəzi insanlar bunu kəskin pnevmoniya şəklində keçirir, bəzilərində isə simptomlar çox zəif nəzərə çarpır və xronik pnevmoniyaya keçərək aylarla davam edir.
  • Pneumocystis carinii. Bu tip pnevmoniyalar AİDS-li xəstələrdə daha çox rast gəlinir. İmmun sistemi orqan transplantasiyası, kimyəvi terapiya, kortikosteroidlərlə müalicə, və ya digər immun zəiflədici dərmanlarla zədələnmiş xəstələr də risk altındadırlar. Əlamətləri kəsilməyən öskürək, qızdırma və qısalmış tənəffüsdür.
1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir