Ailənin bir üzvü işləyirsə, başqa üzvü dəstək ala bilməz - Nazir
Hər Şeydən Bir Az

“Ailənin bir üzvü işləyirsə, başqa üzvü dəstək ala bilməz” – Nazir

“Bəzən əmək müqaviləsi ilə işləyən şəxslər belə birdəfəlik ödəniş almaq üçün müraciət edirlər. Birmənalı şəkildə bilməliyik ki, dəstək sosial cəhətdən həssas təbəqəyə aiddir. Əgər ailənin bir üzvü əmək müqaviləsi ilə işləyirsə, ailə üzvlərinin başqa nümayəndəsi əlavə dəstək ala bilməz”.

1Arada.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, gəlir mənbəyi olanların işsizliklə bağlı müraciət etməsi sadəcə işi ləngidir.

S.Babayev qeyd edib ki, məhz işsiz hesab edilən şəxslər üçün birdəfəlik ödəniş ediləcək:

“Son iki gün ərzində 10 minlərlə müraciət emal edilib. Qeydiyyata düşən və haqqı olan hər kəsə ödəniş olunacaq”./Report/

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir