Ağız yaxalayıcısı suyu sadəcə diş və ağız təmizliyi üçün nəzərdə tutulsa da müxtəlif sahələrdə istifadə edilə bilər. Ağız yaxalayıcılarının tətbiq sahələri sizə maraqlı gələcək.
1Arada.az onları sizə təqdim edir:
Ayaq göbələyindən qurtulun
Vannada suyu 1 ölçü qabı ilə bir ağız yaxalayıcısı ilə qarışdırın. Ayaqlarınızı bu suda 20 dəqiqə saxlayaraq ayaq göbələklərindən azad ola bilərsiniz.
Evdə olan zibil qoxusundan qurtulun
Əgər zibil yeşiyindən pis iy gəlisrə o zaman kağız salfetə ağız yaxalıyıcısını hopduraraq zibil yeşiyinin kənarına qoyun. İyin get-gedə azaldığını hiss edəcəksiniz.
Üzünüzü təmizləyin
Antiseptik xüsusiyyəti olan ağız yaxalayıcısı üz təmizlənməsində istifadə edilə bilər. Mütəmadi olaraq istifadə etsəniz üzünüzdə olan sızanaqların azaldığını görəcəksiniz.
Kəpəyə son
Saçınızın dibini ağız yaxalayıcısı ilə masaj edin və sonra başınızı dəsmalla bağlayın. Bir neçə dəqiqədən sonra saçlarınızı yaxalayın. Kəpəyin getdiyini görəcəksiniz.
Həşərat dişlədikdə ağrını azaldır
Ağız yaxalayıcısı həşərat dişləməsi zamanı ağrını və qaşınmanı azaldır. Pambığı yaxalayıcıya batıraraq dişlənmiş yeri sürtün.
Ekran təmizliyi
Telefonunuzun ekranını təmizləmək üçün ağız yaxalayıcısı ən yaxşı variantdır.