Açıq havada siqaret çəkənlər də 100 manat cərimələnəcək
Hər Şeydən Bir Az Xəstəliklər

Açıq havada siqaret çəkənlər də 100 manat cərimələnəcək

Ölkədə sərt karantin rejiminə nəzarəti gücləndirmək üçün polis gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov 1Arada.az-a açıqlamasında bildirib

Cənab nazirin əmri ilə polis əməkdaşları, Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimi xidmətinə keçir.

Sərt karantin rejiminə ciddi şəkildə nəzarət olunur. Küçələrdə, yollarda, eləcə də avtobus dayanacaqlarında tibbi maskalardan mütləq istifadə edilməlidir. Açıq havada maskasını çıxaranlar cərimə ediləcək. Bu qadağa siqaret çəkənlərə də aiddir. Yəni siqaret çəkmək üçün maskanı çıxaranlara da cərimə tətbiq ediləcək”, – deyə qurum rəsmisi bildirib.

Polis polkovniki onu da vurğulayıb ki, vətəndaşlar maskaları düzgün şəkildə taxmalıdırlar:

“Maskanı düzgün taxmayanlar da cərimələnəcək. Yalandan çənə altına, ağıza yox, burun və ağız hissə maska ilə örtülməlidir”.

Qeyd edək ki, Nazirlər Kabineti “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” qərar verib. Qərarla müəyyən edilib ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir.

Bu tələblərinin pozulmasına görə, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir