Tez-tez olur ki, yuxudan oyanıb, tez bazar hazırlaşaraq işə tələsirik. Bu qaçhaqaçda təbii ki, səhər yeməyi yemək heç yada da düşmür. Günorta nahar fasiləsində yemək yedikdə isə son qida qəbulundan artıq 15 saat vaxt keçmiş olur. Amma bu zaman insan çox ac olması əvəzinə ürəkbulanma hiss edir. Bu halla yəqin ki, çoxunuz rastlaşmısınız.
Bəs ac olanda nə üçün ürəkbulanma hiss edirik? Nə baş verir?
Qastroenteroloqların sözlərinə görə, bunun ən əsas səbəblərindən biri mədədə turşunun yığılması və orqanizmin ondan azad olmağa cəhd etməsidir. Əgər uzun müddət ərzindəqida qəbul etməsəniz, o zaman xlorid turşusu mədəni doldurur və qida borusuna düşür. Refluks nəticəsində yanğı və ögümə hissi meydana gəlir.
Başqa bir səbəb də aclıq-doyma hissi ilə əlaqədardır. Bu siqnallar endokrin sistemin idarə edərək hormonların və qan dövranını tənzimləyir.
Hormonlar metobolitik balansı saxlamaq üçün orqanizmə informasiya ötürür. Məsələn intensiv fiziki gərgnlik zamanı qanda olan şəkər miqdarını normada saxlamaq üçün kalori tələb olunur. Mədə endokrin sistemə hormon sintez etməsi əmrini verir. Hormon ifraz olunan kimi beyinə “daha çox kalori ver” mesajı göndərilir.
Bu proses daha çox qrelin və leptin hormonlarının sintezi ilə baş verir. Qrelin aclıq hissi yaradır, həm də bağırsaqların motorikasında, mədə şirəsinin ifrazında və s. kimi proseslərdə ciddi rolu var. Lepitin isə onun əksinə fəaliyyət göstərərək işnahanı azaldır.
Əgər insan tez-tez aclıq hissini nəzərə almadan qeyri-stabil qidalanarısızsa o zaman, bu dinamik balans sıradan çıxır. Belə olan halda ac ikən ürəkbulanma və qusma halı çox əhəmiyyətli hesab edilir.
Bu əlamət metobolitik sindromun yəni preddiabetin inkişafından xəbər verir.