65 yaşdan yuxarı şəxslərin çölə çıxmasına icazə verilsin - BU SAATLARDA
Hər Şeydən Bir Az

65 yaşdan yuxarı şəxslərin çölə çıxmasına icazə verilsin – BU SAATLARDA

Azərbaycanda 65 yaşdan yuxarı şəxslərlə bağlı karantin rejiminin şərtlərinin yumşaldılması geniş müzakirə olunur.

1Arada.az xəbər verir ki, bu kateqoriyaya aid şəxslərlə bağlı yumşaldılmanın ediləcəyi Operativ Qərargahın brifinqində də səslənib.

Lakin sonradan koronavirusa yoluxmaların sayının artması 65 yaşdan yuxarı şəxslərlə bağlı karantin şərtlərinin yumşaldılmasını təxirə salıb. Mövcud vəziyyətda yaşlı insanların çölə çıxmasına qoyulan qadağanın yumşaldılmasını millət vəkili Aqil Abbas da təklif edib.

O, 1Arada.az-a açıqlamasında bildirib ki, yaşlı insanların evdə qalması onların digər xəstəliklərə yoluxmasına gətirib çıxara bilər: “Hesab edirəm ki, bizdə 65 yaşından yuxarı insanlar üçün karantin rejiminin şərtlərində yumşalma olmalıdır. Artıq Türkiyədə də yaşlı insanların həftənin müəyyən günləri 4 saat çölə çıxmasına icazə verilir. Təbii ki, evlərinə yaxın ərazilərdə.

Bu insanların yaşı 65-i keçib və oturaq həyat ahıl insanlarda ağır xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Evdə nə qədər idman etsən də, bu həmin effekti verə bilməz. İnsan yeriməli, təmiz hava almalı və günəşi görməlidir. Bu olmayanda müəyyən xəstəliklər əmələ gəlir.

Fikrimcə, bu məsələ tezliklə öz həllini tapacaq, yaşlı insanlara da müəyyən saatlarda evdən çıxmağa icazə veriləcək. Koronavirus 30 il davam etməyəcək ki? Yəqin ki, bir aydan sonra yumşalmalar daha çox olacaq”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir