Yaş artdıqca insanın qida rasionun da dəyişməlidir.
1Arada.az bildirir ki, insan yaşlandıqca kalorili qidaların miqdarını azaltmalıdır.
Yaşlı insanlar qəbul etdikləri qidalarda heyvanı yağların, şəkərin və duzun
miqdarını azaltmalı, bununla yanaşı əvəzolunmaz amin turşularını, doymamış yağ
turşularının, bitki sterinlərinin, həzm olunan liflərinin, vitaminlərin,
kalium, kalsium, maqnezium, dəmir, sink, xrom
və digər mikroelementlərin miqdarını artırmalıdırlar.
60 yaşdan yuxarı kişilərin gündəlik qida rasionları 2300 kaloridən az olmamalı,
qadınlarda isə bu rəqəm 2000-i keçməməlidir. Qida rasionunun 50 faizi heyvanı
zülaldan ibarət olmalıdır. Bitki yağları qəbul edilən ümumi yağ kütləsinin
yarısı təşkil etməlidir. Ən ideal variant isə zeytun yağdır.
Karbohidratları nişastadan almaq daha məqsəduyğundur.
Gündəlik həzmolunan lif miqdarı isə sutkada 25-30 qr təşkil etməlidir.