1Arada.az saytı ATV telekanalında yayımlanan ATV-nin və SOY Productionun birgə layihəsi olan “5 gəlin” telelayihəsinin də yayım dəstəyidir. Verilişdə baş verən hadisələri, kadr arxası görüntüləri, efirə getməyən maraqlı məqamları ilk bizim saytımızdan izləyə bilərsiniz.
Qeyd edək ki, “5 gəlin” telelayihəsi məişət mövzusunda maarifləndirici yarışma proqramıdır. Həftə içi 5 gün yayımlanan proqramda 5 qıza evdarlıq mövzusunda “qaynana” tərəfindən müxtəlif tapşırıqlar verilir. Tapşırığın öhdəsindən uğurla gələn qıza günün sonunda yaylıq təqdim edilir. Ən az yaylıq toplayan qız verilişi tərk edir. Həftənin sonuna qalan 2 qız arasından biri qalıb seçilir. Qalib gələn qıza sponsorlar tərəfindən cehiz və müxtəlif qiymətli hədiyyələr təqdim olunur.
Verilişin aparıcısı isə aktrisa Mətanət Əliverdiyevadır.
1Arada.az saytı adından xanımlarımızı bu maraqlı verilişi izləməyə, gənc qızlarımızı isə verilişdə iştirak etməyə dəvət edirik. Bunun üçün instaqram sosial şəbəkəsində 5gelinatv səhifəsinə yazılaraq 055 762 65 65 nömrəsi ilə əlaqə saxlaya bilərlər.