30 dekabrdan Bakıda 12 metrlik avtobuslar istifadəyə verilir
Hər Şeydən Bir Az

30 dekabrdan Bakıda 12 metrlik avtobuslar istifadəyə verilir

30.12.2019-cu il tarixindən 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti 12 metrlik BMC Procity markalı avtobuslarla yerinə yetiriləcək.

Belə ki, Bakı Nəqliyyat Agentliyinin tələbinə əsasən marşrut xətti üzrə daşıyıcı “Çinar Trans” MMC tərəfindən 20 ədəd yeni avtobus alınıb. Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik BMC Procity markalı avtobusların istismara verilməsi 57.000 nəfərə yaxın əhalisi olan Binə qəsəbəsində sərnişindaşımanın vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

Hazırda 160 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan avtobuslar sərnişin axınına adekvat olmadığından sakinlərin narahatlığına səbəb olurdu. Bununla bağlı, ötən dövrdə Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətlər daxil olurdu. Avtobus parkının yenilənməsi ilə yanaşı “Çinar Trans” MMC tərəfindən mövcud istehsalat bazasının ərazisi də, genişləndirilib və yeni təmir sexləri yaradılıb.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir