3 dərəcə şaxta, güclü külək - Həftənin ilk gününün HAVASI
Hər Şeydən Bir Az

3 dərəcə şaxta, güclü külək – Həftənin ilk gününün HAVASI

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 1Arada.az-a verilən məlumata görə, dekabrın 16-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq, şimal-qərb küləyi axşam arabir güclənəcək.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-12° isti, Bakıda gecə 5-7°, gündüz 10-12° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 % , gündüz 60-65% olacaq.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi cənub rayonlarında, axşam isə ayrı-ayrı şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir