25 yaşlı tibb bacısı Nərgiz Xanəlizadə koronavirusdan öldü - İranda
Hər Şeydən Bir Az

25 yaşlı tibb bacısı Nərgiz Xanəlizadə koronavirusdan öldü – İranda

İranda tibb bacısı koronavirusdan ölüb.  

1Arada.az xəbər verir ki, bu barədə İranın ILNA xəbər agentliyi yazıb.

Gilan əyalətinin Lahican şəhər xəstəxanasında çalışan 25 yaşlı Nərgiz Xanəlizadənin koronavirus infeksiyasından öldüyü bildirilsə də, testin nəticəsi hələlik məlum deyil.

Xatırladaq ki, İranın Səhiyyə Nazirliyinin rəsmisi Kiyanuş Cahanpur ölkədə 19 nəfərin koronavirusdan öldüyünü bildirib. Onun sözlərinə görə, İranda 44 yeni yoluxma faktı qeydə alınıb və bununla da koronavirus diaqnozu qoyulanların sayı 139 nəfərə çatıb. K.Cahanpur deyib ki, hazırda ölkə ərazisində 1 383 nəfər koronavirusa yoluxmaqda şübhəli bilinir. BAKU.WS

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir