2030-cu ildə 36 gün oruc tutulacaq
Hər Şeydən Bir Az

2030-cu ildə 36 gün oruc tutulacaq

2030-cu ildə müsəlmanlar 36 gün oruc tutacaq. 1Arada.az medicina.az-a istinadən bildirir ki, Səudiyyə Ərəbistanının Əl-Qasim Universitetində iqlim elmləri professoru Abdullah əl-Musand astronomik proqnozlara əsasən belə bir iddia ilə çıxış edib. Onun sosial şəbəkədə paylaşdığı şərhdən belə məlum olur ki, Ramazan ayı 2030-cu ildə iki dəfə başlayacaq: yanvarın 5-də və dekabrın 26-da. O, bunun səbəbi kimi hicri-qəməri təqvimin Günəş təqvimindən 11 gün daha qısa olması ilə izah edib. “2030-cu ildə Ramazan ayı iki dəfə başlayacaq. Birinci dəfə hicri-qəməri təqvimi ilə 1451-ci ildədir ki, bu da miladi təqvimlə 2030-cu ilin yanvarın 5-nə düşür. Elə həmin il dekabrın 25-də hicri-qəməri təqvimi ilə növbəti Ramazan ayı başlayacaq. Beləliklə, altı gün oruc tutulacaq. 1452-ci ilin Ramazan ayının davamı miladi təqvimlə 2031-ci ildə olacaq”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir