2019 ilin ən yaxşı avtomobilləri bəlli oldu
Avtomobil Dünyası

2019 ilin ən yaxşı avtomobilləri bəlli oldu

Bu yaxınlarda, nüfuzlu Digital Trends mütəxəssisləri ilin ən yaxşı avtomobillərinin ənənəvi siyahısını təqdim etdilər. Münsiflər heyəti qalibləri 8 kateqoriyada seçdi.
1Arada.az bu məqalədə sizə 2019cu ilin ən yaxşı 8 avtomobilindən bəhs edəcək. Hər kateqoriyanın qalibləri təhlükəsizliyi, kuzası, komfortu və qiymətinə görə seçilib.

Ən yaxşı elektrik avtomobili


Tesla artıq neçə illərdi ki, elektrik avtomobilləri arasında öz nüfuzunu qoruyub saxlamaqdadır. 2019 ilin ən yaxşı elektrik avtomobilini gözləndiyi kimi Tesla 3 Modeli seçildi. Tesla 3 Modeli 500 kilometrə qədər bir batareya ilə yol qət etmək bacarığına sahibdir.

Tesla 3 Modeli istifadə rahatlığı, təhlükəsizliyi və komfortu ilə insanı heyran edir. Avtomobil sənayenin ən qabaqcıl texnologiyası vasitələri ilə təchiz ediib. Bundan əlavə, bütün Tesla modellərinin böyük üstünlüyü şirkətin davamlı inkişafı və təkmilləşdirilməsidir.

Ən yaxşı universal


Son illərdə yolsuzluq avtomobilləri universalları hər cəhətdən bazardan kənarlaşdırmağa cəhd edirlər. Bunlara rəğmən Subaru avtomobil istehsalçısı hələ də klassik kursdan getməyib və tam ötürücülü universal avtomobillərini istehsal etməyə, uğurla satmağa davam edir. Bu əbəs yerə deyil, çünki 2019-cu ildə ən yaxşı universal kimi Subaru Outback ilin universalı seçilib.


Bu model mövcudluğu, keyfiyyəti və səmərəliliyi ilə lider mövqe tutur. 4×4 Outback texnologiyası bu universalın sürücüsünə yolda da özünə inamlı və etibarlı hiss etməyə imkan verir. Subaru Outback-in baza modelləri 182 at gücü olan 4 silindrli mühərriklərlə təchiz edilib. Bununla yanaşı, 260 at gücünə sahib 2.4 litrlik dörd silindrli turbomühərrikli modeli də mövcuddur.

Ən yaxşı kabriolet


Kabrioletlər artıq uzun müddətdir ki, yalnız lüks və ya idman avtomobili deyil. Bu kateqoriyanın ən yaxşı modelləri kabrioletlərin gözəlliyini və praktikliyini birləşdirir. 2019-cu ildə də “Ən yaxşı Kabriolet” nominasiyasının qalibi Audi A3 Cabriolet oldu.


Audi A3 Cabriolet 258 at gücünə, güclü 2.0 litrlik turbomühərrikli dörd silindrli mühərrikə malikdir. Kabrioletin salonu kefiyyəti və gözəlliyi ilə də heyran edir.

Ən yaxşı sedan


2019-cu ildə Honda Accord, demək olar ki, yekdilliklə ən yaxşı sedan olaraq tanınıb. Accord modeli uzun müddət etibarlılığı və keyfiyyəti ilə avtomobil sahiblərinin ürəyini fəth edib.


Honda’nın ən son modeli daha gözəl görünüşü ilə yanaşı, 252 at gücünə sahib Civic Type R’dən müasir və ahəngdar 2.0 litrlik turbomühərrikə sahibdir, bu da sürücülərə özünü sükan arxasında çox inamlı hiss etməyə imkan verir.

Ən yaxşı hibrid


Təkcə mütəxəssislər deyil, hətta adi avtomobil həvəskarları da Toyota Prius hibrid avtomobillərini ən yaxşı hibrid hesab edirlər. Digital Trends də bu ümumi rəyi dəstəkləyir və 2019-cu ildə Toyota’nın ən çox satılan Prius hibrid modelini rəqibsiz kimi tanıyır.


Avtomobil 1.8 litr həcmli dörd silindrli mühərrik və ən çox satılan Toyota Hybrid Synergy Drive sisteminə sahib olan Toyota Prius, indiyə qədər tanınmış ən ekonomik hibriddir.

Premium sinfinin ən yaxşısı


Mercedes-Benz xəttinin flaqmanı S-Class 2019-cu ilin ən yaxşı mükafatlı avtomobili olaraq tanınıb. Digital Trends mütəxəssislərinin fikrincə, bu modellər lüks avtomobillərinin ən yaxşısıdır. Ən son nəsil S-Class premium klass avtomobilləri arasında mübahisəsiz liderdir.


Mersedes-Benz S-Class-ın avtomobilləri sahiblərinin bütün ehtiyaclarını ödəyir. Maşın əla avadanlıqlara və genişliyə sahibdir. Bu markanın kresloları bir çoxları tərəfindən ən rahat kimi tanınır. Mercedes S-Class’ı təkcə sedan şəklində deyil, kabriolet və kupe şəklində də təqdim edir. Hər kəs mühərriki öz seçimlərinə görə seçə bilər: V8, Maybach və ya Mercedes-AMG.

Ən yaxşı kompakt avtomobil


Mazda 3, 2019-cu ildə kompakt avtomobil kateqoriyasında ən yaxşısı seçildi. Mazda 3 ekonomik üslubun və yığcamlığın əla nümunəsidir.


Mazda 3 2019 modeli 6 pilləli sürət qutusu və 186 at gücünə malik 2,5 litrlik mühərriklə təchiz edilmişdir. Model həm beş qapılı hetçbek, həm də dörd qapılı sedan şəklində mövcuddur. Avtomobilin salonu, ilk baxışdan, olduqca təvazökar, lakin rahatlığı ilə cazibədardır. Maşının görünüşü bütün müasir tendensiyalara cavab verir.

İlin avtomobili


İlin ən yaxşı avtomobili ənənəvi olaraq nə yolsuzluq nə də ki, milyon dollarlıq superkar olmayıb. Ən yaxşı avtomobil yüksək keyfiyyətli, etibarlı və gözəl bir vasitə adlandırıla bilər ki, bu da baha başa gəlməyəcəkdir. Belə ki, əsas və ən nüfuzlu “İlin ən yaxşı avtomobili” kateqoriyasında qalib Jaguar I-Pace oldu.


Böyük Britaniyadan olan bu elektrik krossoveri, Digital Trends’ə görə, müasir avtomobillərin ən yaxşı xüsusiyyətlərini özündə cəmləşdirir. Mütəxəssislər qeyd edirlər ki, Jaguar I-Pace bazarda konfiqurasiyasına, ümumi dinamikasına və etibarlılığına görə fərqlənir.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir