1Arada.az xəbər verir ki, “2019-cu ilin qadın avtomobili” Mazda 3 oldu. Bu barədə 18.11.2019 tarixində Dubay beynəlxalq avtosalonda elan edildi.
Ümümdünya Qadın Avtomobili müsabiqəsi 2009-cu ildə quruldu və hər il populyarlığı yalnız artır. Bu dəfə münsiflər heyətinə 34 ölkədən 41 qadın mütəxəssis daxil olub. Avtomobil bir neçə kateqoriyada mükafatlandırıldı və ən yüksək mükafatı isə Mazda 3 avtomobili qazandı, hansı ki, həmdə “ilin ən yaxşı ailə avtomobili” olaraq qəbul edildi.
Kia markası iki kateqoriyada qazandı: XCeed “şəhər avtomobili” seçildi və Soul EV “ən yaşıl” mükafatı aldı.


BMW 8 seriyası “ilin ən lüks avtomobili” olaraq tanınıb, Porsche 911 “ilin ən təsirli avtomobili” nominasiyasını qazandı və Range Rover Evoque “ilin ən yaxşı SUV” elan edildi.



WWCOTY keçmiş münsif üzvünün xatirəsinə həsr edilmiş Holly Reich Dream Car mükafatını isə Porsche Taycan qazandı. Bu mükafat “xəyal maşını” ya da hakimlərin özlərinin arzusunda olan maşına verildi.
“
xəyal maşını”
Münsiflər heyəti avtomobilləri qadınların alış edərkən göstərdiyi meyarlara görə qiymətləndirdi. Təhlükəsizlik, qiymətivə dəyər, estetik görünüş, yük yerinin genişliyi, uşaqlar üçün rahatlıq, rəng, cəlbedicilik və ətraf mühitə təsiri yalnız parametrlərdən biridir.
Əvvəlki WWCOTY qalibləri: 2018-ci ildə Volvo XC40, 2017-ci ildə Hyundai Ioniq, 2016-cı ildə Jaguar F-Pace, 2015-ci ildə Volvo XC90, 2014-cü ildə Mercedes-Benz S-Class və 2013-cü ildə Ford Fiesta EcoBoost.