200 min insanın əlilliyi ləğv ediləcək
Hər Şeydən Bir Az

200 min İnsanın əlilliyi ləğv ediləcək?

200 min insanın əlilliyi ləğv ediləcək? – AÇIQLAMA
Parlamentin iclasında Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev əlilliyi ləğv edilən şəxslər arasında haqsızlıqla qarşılaşanların olduğunu bildirib.
1Arada.az bildirir ki, Oxu.Az-ın məlumatına əsasən, deputat qeyd edib ki, həqiqətən əlil olan şəxslər var, lakin onların əlilliyi əlindən alınıb:
O, əlillik təyinatı ilə bağlı qanunvericiliyə nəzərdə tutulan dəyişiklikləri də şərh edib.
Musa Quliyev bildirib ki, dəyişikliklər qəbul ediləndən sonra 8 meyar üzrə faizlər müəyyənləşəcək və bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək.
“Bu zaman şəxslərin özü qoyulan diaqnoz əsasında hansı faiz əlil olduğunu müəyyən edə biləcək. Həmin meyarlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında da yerləşdiriləcək. Hər kəs bu meyarlarla tanış ola biləcək”.
O, yeni qanun qəbul ediləndən sonra 200 minə yaxın insanın əlilliyinin ləğv edilməsi ilə bağlı deyilənlərin həqiqətə uyğun olmadığını da vurğulayıb.
Əlavə edib ki, qanun qəbul edilsə, əksinə, əlillik alanların sayında çoxalma ola bilər.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir