2 dəqiqədə yuxuya getməyin yolu Amerika hərbçilərinin sirri
Hər Şeydən Bir Az Maraqlı Məlumatlar

2 dəqiqədə yuxuya getməyin yolu: Amerika hərbçilərinin sirri

Bəziləri başlarını yastığa qoyan kimi yuxuya gedirlərsə bir çoxları da saatlarla yerinin içərisində fırlanır, yuxuya getməkdə çətinlik çəkirlər.

1Arada.az-ın təqdim etdiyi bu üsul yuxuya getməkdə çətinlik çəkən insanlar üçündür.

Bu yuxuya dalma texnikası ilk dəfə 1981-ci ildə “Rahatlayın və qalib gəlin: çempionat nəticələri” kitabında hərbçiərin çətin şəraitdə yuxuya gedə bilmələrini təmin etmək  üçün dərc edilib. Əsas məqsəd isə əsgərlərin yorğunluqdan hər hansı bir səhvə yol verməmələri idi.

Beləliklə həmin məşhur metodu sizə təqdim edirik:

1. Göz, dil, aşağı çənə və gözətrafı əzələləri boşaldın.  

2. Əvvəlcə sol daha sonra isə sağ tərəfdən çiyinlərinizi,  qollarınızı və əllərinizi mümkün olduğu qədər aşağı salın.

3.Döş əzələlərinizi boşaldaraq dərindən nəfəs alın. Daha sonra çanaqdan başlayaraq ayaq əzələləriniz boş buraxın.

4. 10 saniyə müddətində bütün fikirlərdən azad olun və aşağıda sadalanan 3 fikirdə fokuslanın

— tam sakit göldə qayıqda uzanmısınız və üzərinizdə mavi səma ucalır

— qara qamakda uzanmısınız və otaq tam qaranlıq və sakitdir

— 10 saniyə müddətində özünüzə “düşünmə, düşünmə, düşünmə” deyin

 Bu metod 96 faiz hallarda işə yarayır. Odur ki, sınamağa dəyər.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir