190-manatla-bağlı-Azərbaycan-əhalisinə-BÖYÜK-MÜJDƏ-Sabahdan...-RƏSMİ
Hər Şeydən Bir Az

190 manatla bağlı Azərbaycan əhalisinə BÖYÜK MÜJDƏ: Sabahdan… – RƏSMİ

Sabahdan 190 manatlıq birdəfəlik ödəmənin ikinci ay üçün ödənişlərinin verilməsinə başlanılacaq.

1Arada.az bunu açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, artıq birdəfəlik ödəmə alan şəxslərə bank kartlarının verilməsinə başlanılıb: “Bu prosesə bütün banklar səfərbər olunub. Kartların təqdim edilməsi prosesi davam edir. Mayın 12-dən başlayaraq, aprel ayının 9, 10, 11 və 12-si 190 manatlıq birədəfəlik ödəniş alan şəxslərə bu ayın ödənişi kartlara ödəniləcək. İstirahət günlərinə düşdüyü üçün sabah həm 9, həm 10, həm 11, həm də ayın 12-si üçün birdəfəlik ödəmə veriləcək. May ayının sonuna qədər ödənişlər bütün kartlara ödənəcək”. 

Karantin müddətinin uzadılacağı təqdirdə birdəfəlik ödəmənin yenidən verilib-verilməyəcəyinə məsələsinə gəldikdə isə F.Talıbov qeyd edib ki, Tədbirlər Planında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2 ay ərzində 190 manatlıq birədəfəlik ödəmə tapşırığı verilib. Ona görə də ödəmə 2 ay üçün nəzərdə tutulub.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir