113 yaşlı Anaqız nənə uzunömürlülüyün sirrini açdı
Hər Şeydən Bir Az

113 yaşlı Anaqız nənə uzunömürlülüyün sirrini açdı

İndi sizə elə bir nənədən söhbət açacağıq ki, 113 yaşında qocalmaqdan qorxur. Deyir ki, ruhum hələ gəncdir.

1Arada.az Xəzər TV-yə istinadla xəbər verir ki, söhbət 1907-ci il təvəllüdlü Anaqız Bakiyevdən gedir.

Onun 10 uşaq, 22 nəvə, 38 nəticə, 21 kötücə və 2 yadıcası var. Əməkdaşlarımız Anaqız nənənin evində olub, onunla danışıblar. Maraqlı bir söhbət alınıb. Buyurun, birlikdə izləyək…

10 uşaq, 22 nəvə, 38 nəticə, 21 kötücə və 2 yadıca..

113 yaşlı Anaqız nənə bir əsri keçən ömrünə tam 93 övlad sığdırıb… Əslən Borçalı mahalından olan Anaqız Bakiyeva bu gün də həyat eşqi ilə yaşayır və ruhunun gənc olduğunu da deyir. Uzunömürlülüyünün sirrini isə sağlam qidada və at çapmaqda görür.

Nəticəsi Qədir Əmirov deyir ki, bütün nəsli bir yerə yığsa, beş yüz nəfərdən çox olar. Nəvə-nəticənin sayı çox olduğu üçün bəzən o da kimin nəvə, kimin nəticə olduğunu qarışdırır.

Yaşının çox olmasına baxmayaraq, Anaqız nənə özünü qoca hesab eləmir və səhhətindən şikayətçi deyil.

Anaqız nənə nəvə-nəticələrindən yadında qalanlarının adlarını sayır, adı yadına düşməyənlərə isə dua edir.

Allah Anaqız nənənin duasını qəbul eləsin!

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir