Amerikanın Florida ştatından olan uzunömürlü qadın çox yaşamğnını sirrini hər gün qazlı su qəbul etmyində görür. Hər gün “Koka kola ” içdiyini bildirən Frensis Brassinin oktyabrın 4-də 107 yaşı tamam olub.
Brassi 1912-ci ildə anadan olub. Gənc yaşlarından o səyahət etməyi çox sevib. Cənubi Amerika və Asiya ölkələrində olan qadın oradan gətirdiyi suvenirləri hələ də saxlayır. 1980-ci ildə o Floridaya köçüb. 4 il bundan əvvəl ilə qocalar evinə yerləşib.
Hal-hazırda dünyanın ən yaşlı insanı isə Yaponiya sakini 116 yaşlı Kane Tanakadır.