Ətin qiymətiylə bağlı VACİB XƏBƏR – Yanvarın 1-dən…
Hər Şeydən Bir Az

Ətin qiymətiylə bağlı VACİB XƏBƏR – Yanvarın 1-dən…

1Arada.az xəbər verir ki, yeni irəli sürülmuş layihəyə əsasən, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr 2020-ci il yanvarın 1-dən 4 il müddətində ƏDV-dən azaddır.

“ƏDV azad olunan sahələr əsasən əhalinin ərzaq təlabatının ödənilməsi sahəsində vacib məsələdir”.

Bunu  açıqlamasında iqtisadçı İlham Əzizov bildirib.

Onun sözlərinə görə, bu, son illər bu sahədə yeni yaradılmış müəssisələrə dəstək məqsədi daşıyır:

“Balıq yemi istehsal edən müəssisələr həm də heyvan və quş yemləri istehsal edir. Bu bazarda qiymətin stabil qalması baxımından da əhəmiyyətlidir. 2017 ci ildən tətbiq edilən bu vergi növünün ləğvi məqsədəuyğundur. Ölkə tam həcmdə özünü heyvan və quş əti ilə təmin edə bilmir. Bu istehsalın artmasına və qiymətlərin sabit qalmasına şərait yaradacaq.

Bu sahələrə təlabat artan templə gedir. Ölkəmizdə adam başına heyvan və quş əti istehlakı ətraf ölkələrdə aşağı səviyyədədir. Odur ki, bu sahənin inkişafı üçün əsas məhsul olan yemlərin ƏDV dən azad olması ümimlikdə sahənin canlanmasına kömək edəcək”. (Redaktor.az)

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir