Əncirin əcdadı olan Fikus bitkisi - Astma xəstələrinə zərərdir
Gözəl Evim Hər Şeydən Bir Az

Əncirin əcdadı olan Fikus bitkisi – Astma xəstələrinə zərərdir

Fikus ölkəmizdə də çox populyar olan otaq bitkisidir. Abşeronda geniş yayılmış əncir ağacı fikusun xarici gorünüşündə böyük fərq olsa da, onların əcdadı birdir. Otaq bitkisi kimi tanıdığımız fikus öz vətənində çox nəhəng bitkidir. Bir çoxları  bu ekzotik bitkinin evdə saxlamağın sağlamlığa hər hansı bir təsirinin olduğu hadqa məlumatsızdır. Bu bitkinin faydası və yaxud zərəri onun şirəsindən asılıdır. Bu bitkinin bir çox növləri mövcuddur. Çox gözəl görünüşə malik olan fikusun bol oksigen ifraz etdiyi məlumdu.

Zərərləri

Bu bitkinin şirəsi kauçuk tərkibə malik olduğu üçün astma xəstələrinə mənfi təsir göstərir. Bu südəbənzər şirə zəhərlidir. Belə ki, şirə bədənin açıq yerinə dəydikdə qacıqlanma yarada bilər. Buna görə də evdə fikus yetişdirdikdə ev heyvanlarıniınvə uşaqların onun yarpaqlarını qopartmasına imkan vermək olmaz. Təhlükəzialik qaydalarına düzgün riayət etdikdə fikus bitkisi ümumilikdə zərərsiz hesab edilə bilər.

Faydaları

Bitki evdə olan havanı təmizləyərək tozu özünə çəkir. Xalq təbabətində ondan artrit, radikulit və mastitin müalicəsində istifadə edilir. Bu məqsədlə onun yarpaqlarından hazırlanmış məlhəm bintə batırılaraq problemli nahiyəyə kompres edilir. Lakin bunun üçün həkimlə məsləhətləşmək şərtdir.

Bitkiyə düzgün qulluq edilərsə o yaxşı inkişaf edərək evə xüsusi gözəllik verəcəkdir.

Fikus dəyişikliyi, çox yerdəyişməsini sevən bitki deyil, ona görə də evə gətirməzdən əvvəl onun daimi yeri barədə fikirləşmək lazımdır. Fikusun əkildikdən sonra yeri dəyişdirilməməlidir. Yay fəslində onu eyvana və ya təmiz hava olan yerə keçirmək olar. Fikus oktyabr və fevral aylarında sakitlik dövrü keçirir. Fikusun yeri işıqlı, lakin gün işığından kölgəli olmalıdır. Ətrafda tempraturun 18ºC-dən aşağı olmamasına nəzarət edilməli, mütəmadi yeri dəyişdirilməlidir. Yaşılyarpaqlı növlərini bir qədər günəş altına qoymaq olar. Fikus yetərincə işıq almadıqda yarpaqlararası məsafələri böyümür, zəif boy atır və yarpaqları tez tökülməyə başlayır. Çünki bitki kəskin hava dəyişilmələrinə qarşı çox həssasdır.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir