Ən pis tər iyini yox edən - RESEPTLƏR
Gözəllik və Dəb Xalq Təbabəti

Ən pis tər iyini yox edən – RESEPTLƏR

Əgər sizdən tər iyi gəlirsə bunu heç bir manikur və ya makiyajla ört basdır edə bilməyəcksiniz. Buna görə də ilk növbədə təmizliyə riayət etmək lazımdır. Lakin bəzi insanlarda elə olur ki, tez-tez yuyunsalar və tər vasitəsindən istifadə  etsələr belə həmin adamlardan tər iyi gəlir. Bu isə insanda kompleksin yaranmasına, insanlardan uzaqlaşmasına gətirib çıxarır.

Bu problemin qarşısını xalq təbabəti vasitələri ilə aradan qaldırmaq çətin deyil.

1Arada.az sizə ən pis və inadcıl tər iyini aradan qaldıra biləcək etibarlı reseptlər tədim edir.

Resept 1: Çobanyastığı dəmləməsi hazırlayın. Bunun üçün 60 qr çobanyastığını və 2 xörək qaşığı sodanı 2 litr qaynar su ilə qarışdırın. Beləliklə də möcüzə dəmləmə hazırdır. Bu vasitə ilə iy gələn nahiyələri silmək lazımdır. Bir müddət mütəmadi istifadədən sonra tər iyi tamamilə itəcək.

Resept 2: Palıd qabığından dəmləmə hazırlayın. Bu vasitənin də eyni qayda ilə tətbiqi məsamələri yığır və nəticədə də tər ifrazını azaldır. 1 xörək qaşığı palıd qabığını 200 ml qaynar suya tökün. Bir müddət sonra üzərinə təzə sıxılmış limon şirəsi əlavə edin. Alınan məhlulla problemli zonanı tez-tez silin. Dəriniz quru və təmiz olmalıdır.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir