Ən faydalı sous - Narşərab
Maraqlı Məlumatlar Yemək Reseptləri

Ən faydalı sous – Narşərab

Narşərab Azərbaycanda hazırlanan və geniş istifadə edilən sousdur. Qatı, tünd, dolğun qırmızı rəngli, yüngül meyvə şirinliyi olan turşməzə dadlı mayedir. Klassik məhsulun tərkibində yalnız təzə nar şirəsi və şəkər var. Lakin ədviyyat və ədviyyəli otların əlavə edildiyi narşərab reseptləri də var.

1Arada.az bildirir ki, narşərablar müxtəlif olur. Amma ən yaxşı sous Göyçayda yetişdirilən nar növlərindən hazırlanır. Bu meyvələrdən hazırlanmış məhsul daha dolğun dadlı və ətirli alınır. Azərbaycan dilindən tərcümədə Narşərab “nar şərabı” deməkdir. Narşərab ətin gözəl dadına  turşməzə-şirin notlar qatmaqla ət xörəklərinə yaxşı dad verir. “Nar şərabı” balıq xörəklərinə də əla dad gətirir. İstənilən  halda narşərabın köməyi ilə bir çox xörəklərə xüsusi çalar vermək olur. “Nar şərabı” sousunun  ideyası  Azərbaycanda yaranmışdır. Sous Qafqaz mətbəxinin ən yaxşı tərəflərini özündə birləşdirmiş, buna görə də yeməyə parlaq, yadda qalan çalar bəxş edir.

Klassik Narşərab təmizlənmiş, qabaqcadan sıxılmış təzə nar dənələrindən hazırlanır. Hazır şirə bir neçə gün ərzində saxlanılır. Sonra
şirəyə tədricən şəkər əlavə etməklə lazımi konsistensiyanın alınmasına qədər vam odda buğa verilir. Sous verilməsi güman edilən vaxtdan 3 gün əvvəl hazırlanır. Məhsulu kifayət qədər uzun müddət saxlamaq olur. Buna görə də Azərbaycanda adətən birdən-birə çoxlu miqdarda belə gözəl sous hazırlanır. Narşərabın istehsalat şəraitində hazırlanma texnologiyası evdə hazırlanma texnologiyasından az fərqlənir. Fərq yalnız miqyasdadır və məhsulun termik emalı müasir sənaye avadanlığının köməyi ilə həyata keçirilir. Amma xörəklər üçün sevimli nar doldurmanın ən yaxşı hazırlanma ənənələri tam qorunub saxlanmışdır.

Nardan insanlar hələ qədimlərdən müalicəvi məqsədlər üçün istifadə ediblər. Onun faydası içindəki dənələrin sayından çoxdur. Təsadüfi deyil ki, Azərbaycanda qədim zamanlardan bəri salatlara, balıq və ət yeməklərinə dad vermək üçün nardan sous hazırlanır. Narşərab adlanan bu sous xüsusən də kabablara əla dad verir. Narşərabın sayəsində yeməklərin yüngül turşməzə dadı olur. Narşərab da meyvənin özü qədər faydalıdır.

Bu sousun bir çox faydalı xüsusiyyətləri də var:

1) Narşərab həzm prosesinə kömək edir. Buna görə də çox zaman pəhriz saxlayan insanlara tövsiyə olunur.

2) Yağ yandırıcı xüsusiyyəti sayəsində xüsusilə bel bölgəsindəki piyləri əridir.

3) Narşərab hər yeməkdən təxminən 15 dəqiqə əvvəl 1 çay qaşığı qədər yeyildikdə toxluq hissi yaradacaq. O zəifləmiş orqanizmi möhkəmləndirir və susuzluğun qarşısını alır.

4) Nar şirəsinin tərkibi çox yüksək miqdarda antioksidantlarla zəngindir. Bundan başqa, o yüksək miqdarda C vitamini, meyvə turşuları, vitaminlər və insan orqanizmi üçün faydalı olan başqa maddələrlə zəngindir.

5) Huşunu itirənlərə də nar şərbəti və ya narşərab içirilir. Şirin nar suyu səs batması və sətəlcəmə qarşı çox şəfalıdır.

Nar şirəsi, narşərab mədə yarası, qastrit,qəbizlik, babasil və mədə şirəsinin yüksək turşluq dərəcəsindən əziyyət çəkən insanlara məsləhət deyil. Həmçinin narşərab hamilə qadınlara və həzm yolunun xroniki xəstəliklərindən əziyyət çəkənlərə zərərlidir. Hətta sağlam insanlar bilməlidir ki, nar şirəsində turşu çox olduğu üçün o mədəni qıcıqlandırır və diş minasına pis təsir edir.
Hazırlanması:
Əvvəlcə narı təmizləyib dənlərini iri qazana tökün. Qazanı oda qoyub, vaxtaşırı qarışdıraraq nar dənələrini əzmək lazımdır. Bu zaman taxta qaşıqdan istifadə etməyiniz məsləhətdir, çünki nar turşusunun metal cihazlarla reaksiyaya daxil olma ehtimalı yüksəkdir. Dənələrdən ayrılmış tumlar ağaranda artıq odu söndürə bilərsiniz. Şirəni süzüb təkrar oda qoyun. Şirənin yanmaması üçün vaxtaşırı qarışdırın. Şirəni tam qatılaşana kimi qaynatmaq lazımdır. Hazır olana yaxın odu söndürüb qarışığın
üzərinə bir az duz əlavə edin. Hazır narşərabı soyuq yerdə saxlamaq lazımdır. Evdə hazırlanan nar şərabı daha dadlı və nar dadında olur. Ənənəvi narşərabı hazırlayarkən narın dənələri təmizlənir və suyu çıxarılır, süzülür.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir