Pışka dairəvi formalı yağda qızardılmış bişinti növüdür. Bu desert əsasən şokoladla, cemlə, qatılaşdırılmış südlə, balla, şəkər kirşanı ilə servis edilir.
1Arada.Az sizə ən yaxşı və ən dadlı pışka reseptini təqdim edir:
Lazım olan ərzaqlar:
- Un 500-600 qr
- Yumurta 1 ədəd
- Süd 1 st.
- Quru maya 7 qr.
- Şəkər 0,5 x/q
- Bitki yağı (qızartmaq üçün )
- Bir çimdik duz
- Şəkər kirşanı və ağ şokolad
Hazırlanması:
İsti südə mayanı, duzu, şəkər tozunu əlavə edərək qarışdırın. Tədricən un əlavə edin və xəmir yoğurun. Acıması üçün bir müddət isti yerdə saxlayın.
Xəmir gəldikdən sonra yumurta boyda kürələr hazırlayaraq əlinizlə yastılayın. Ortasını dairəvi formada kəsib çıxarın. Bol miqdarda qaynar yağa ataraq qızardın. Yağdan çıxarın salfetin üzərinə yığın və şəkər kirşanı səpin. Şokoladı əridərək pışkanın üzərinə gəzdirə də bilərsiniz. Nuş olsun!