Yeni is süfrəsi üçün hazırlaya biləcəyiniz şirniyyatların biskvitini bu reseptlə etsəniz həç də peşman olmayacaqsınız. Bu biskvitə darçın, limon qabığı , lalao və ya vanil qataraq istdiyiniz dadı əldə edə bilərsiniz.
1Arada.az sizə 10 dəqiqəyə hazır olan, ən dadlı və yapıxmayan tort biskvitinin reseptini təqdim edir:
Lazım olanlar:
200 qr- un
200 qr şəkər
4 yumurta
4 x/q su
Hazırlanması:
Yumurtanı şəkərlə çalın və un əlavə edin. Suyu qızdırın və xəmirə əlavə edin. Formanı yağlayın və xəmirin yarısını ora boşaldın. Sobanı 300 dərəcəyə qoyub qıdırın və biskviti 5-7 dədiqə həmin temperaturda bişirin. Daha sonra sobanı söndürün və bir müddət gözləyin. Biskviti həmin dəqiqə sobadan çıxartmayın. Bu biskvitdən tort korju kimi və ya meyvə və şokoladla bəzəyərək sadə şirniyyat kimi istifadə edə bilərsiniz.
Nuş olsun!