Əməkdar artistin kilsədən paylaşdığı şəkil narazılıq yaratdı
Məşhurlar

Əməkdar artistin kilsədən paylaşdığı şəkil narazılıq yaratdı

Əməkdar artist Xumar Qədimova paylaşımı onu dilə-dişə salıb.  

1Arada.az oxu.az-a istinadən bildirir ki, nazlı-qəmzəli sənətçi şəxsi “İnstagram” hesabında kilsədən foto yayımlayıb.  

Şamlar əhatəsində olan Xumar başına ağ-qara zolaqlı şal bağlayaraq, kilsədə dua edib. Məşhurun bu addımı isə izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.  

Onlar təəccüb və qəzəblərini müğənniyə sual şəklində ünvanlayıblar:  

“Necə yəni, Xumar xristiandır?”, “Xumar, dininizi dəyişmisiz?”, “Xumar, nə üçün kilsəyə getmisiz?”, “Bəlkə yeni klip çəkdirirsiz?”…  

Sənətçinin fotosuna 450-dən artıq şərh gəlsə də, Xumar Qədimova “susmaq qızıldır” prinsipinə əməl edərək, məsələyə münasibət bildirməyib. 

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir