Britaniya alimləri insanın əlindən onun ağciyər xərçəngindən əziyyət çəkdiyini öyrənməyin mümkün olduğunu müəyyən ediblər.
1Arada.az bildirir ki, bu sadə metod aşağıda təsvir edilən kimidir:
Bunun üçün hər iki əlin baş şəhadət barmaqlarını bir birini birləşdirdikdə dırnaqlar arasında rombabənzər kiçik boşluğun qalmalı olduğunu bildirirlər. Əgər sizin əlinizdə belə boşluq əmələ gəlmirsə o zaman vaxt itirmədən həkim-onkoloqa müraciət etməlisiniz.
Araşdırmanın nəticələrinə görə, 35 faiz hallarda bu əlamət ağciyərlərdə şişin olmasından xəbər verir. Ağciyər xərçəngindən əziyyət çəkən xəstələrdə dırnaqların dib tərəfi yumşalır, dırbaq ətrafı dəri parlaq olur, dırnaq isə əyilmiş forma alır. Barmağın sonuncu falanqası qalınlaşır. Bunun səbəbi barmaqlarda maye yığılmasıdır.
Amma həkimlər bu testi edən və müsbət nəticə əldə etməyən insanları da etinasız davranmamağa çağırırlar. Çünki hətta sadalanan əlamətlər yoxdursa belə insanda tənginəfəslik, qan hayxırma, sinə nahiyəsində ağrı, iştahsızlıq, xroniki yorğunluq varsa o zaman vaxt itirmədən həkimə müraciət etmək lazımdır.