Əlləri yumaq koronavirusdan qorumur, əsl təhlükə budur - ARAŞDIRMA
Hər Şeydən Bir Az

Əlləri yumaq koronavirusdan qorumur, əsl təhlükə budur – ARAŞDIRMA

Sars-CoV-2 virusunun maksimum ötürülmə məsafəsi 4 metrdir.

1Arada.az Publika.az-a istinadən xəbər verir ki, bu fakt Çində aparılan yeni araşdırma nəticəsində ortaya çıxıb.

Araşdırma zamanı bəlli olub ki, virus ayaqqabının dabanında da yaşaya bilir və tibb işçiləri tərəfindən xəstəxananın içinə və əhatəsinə yayılır.

Pandemiyanın ortaya çıxdığı Uhandakı Houşenşan Xəstəxanasının Reanimasiya Şöbəsində işləyən tibb işçilərinin ayaqqabılarından götürülən nümunəələrin yarısında Sars-CoV-2 testləri pozitiv çıxıb. Bundan sonra Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi virusun yerə, kompüter mauslarına, zibil qutularına və xəstələrin yataqlarına dağıldığını açıqlayıb.

Araşdırma hesabatında insanların COVID-19 xəstələrinin otaqlarından çıxmadan əvvəl ayaqqabılarının altını dezinfeksiya etmələri tövsiyəsi verilib.

Qeyd edək ki, ötən ay “New England Journal of Medicine” dərgisində yayımlanan araşdırmada yenni tip koronavirusun plastik və polad kimi səthlərdə 3 günə qədər yaşaya bildiyi bildirilmişdi.Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı koronavirusa qarşı profilaktik tədbirlərə əlləri tez-tez sabunla yumaq, dezinfeksiyaedici maddələrdən istifadə etmək və sosial məsafəni qorumaq kimi tələblər daxildir.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir