Əhaliyə xəbərdarlıq - TƏHLÜKƏ Noyabrın 20-22-də...
Hər Şeydən Bir Az Maraqlı Məlumatlar

Əhaliyə xəbərdarlıq – TƏHLÜKƏ: Noyabrın 20-22-də…

2020-ci il üçün ən güclü hesab olunan maqnit dalğası günləri barədə xəbərdarlıq olunub. Bu, 20-22 noyabr tarixlərinə təsadüf edir.

1Arada.az xəbər verir ki, günəşdə baş verən partlayışlar səbəbindən Yerə təsir maqnit dalğası yaradır.

Alimlər qeyd edir ki, bu 2 gündə qeyd olunacaq dalğalar hətta bir neçə il idi qeydə alınmırdı.

Maqnit dalğalarının orqanizmə təsirindən qorunmağın yollarını təqdim edirik.

Noyabr ayı boyu Günəşdə 29 dəfə partlayış baş verib ki, bu Günəşin son 3 ildə ən aktiv dövrü hesab olunur. Meteohəssas insanlar üçün noyabr ayı gərgin keçib.

Qarşıdan 2 daha meqa güclü meteo dalğa gəlir.

Maqnit dalğaları zamanı təzyiq qalxır, enir, müxtəlif xroniki ağrılar kəskinləşir, baş ağrıları olur, ürəkdə ağrılar başlayır. İnsan özünü qəribə hiss edir.

Xüsusən ürək, təzyiq xəstələri, nevroz olanlar əziyyət çəkir.

Maqnit tufanları günlərində orqanizmi aktiv saxlamaq, idman etmək, açıq havada çox olmaq, maye, su içmək lazımdır, xəstələr lazımi dərmanlarını atmalıdır.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir