Yuxudan Gözəl Oyanmaq Üçün Bu Qaydalara Əməl Edin
Gözəllik və Dəb Maraqlı Məlumatlar Xəstəliklər

Yuxudan Gözəl Oyanmaq Üçün Bu Qaydalara Əməl Edin

Gözəllik, sağlamlıq və cavanlıq üçün normal yuxu vacib amildir.

Əsasən də qadınların səhərlər gözəl və gümrah oyanmaqları üçün normal yuxu rejimi çox vacibdir. Bundan əlavə kosmetologiyada da normal yatmağın sağlamlıq və gözəl gürünüş üçün əhəmiyyətli olduğu vurğulanır.
1arada.az sizə sağlam və gözəl olmaq üçün kiçik sirləri bölüşəcək:

Nə qədər yatmaq lazımdır?
Yuxunun müddəti hər bir insan üçün individualdır. 5-8 saatlıq yuxunun normal olduğu hesab edilir. Bəzi aktiv həyat tərzi yaşayan insanlar üçün 5 saatlıq iş rejimi itirilən enerjinin bərpası üçün kifayət edir. Nə qədər çox yatsanız orqanizminiz də çox yuxu tələb edəcək və daha tez yorulmağa başlayacaq. Həqiqətən də çox yatan insanlar az yatanlara nixbətən çox yorulur. Səbəbi isə orqanizmin yuxuda olarkən az hərəkət etməsi və enerji almamasıdır.

Yuxu rejimi

Gecə işləyən və ya gecə həyatı yaşayan insanlar normal yuxu rejimi yaşayan insanlara nisbətən daha tez yaşlanırlar. Onlar özlərinə nə qədər çox qulluq etsələr də, bu insanlarda qocalma əlamətləri daha tez özünü büruzə verir. Yuxu rejiminin pozulması ən çox dəriyə mənfi təsir göstərir. İş burasındadır ki, epidermis hüceyrələri gecə saatlarında aktiv olur və cavanlıq üçün vacib olan elelemtlər sintez olunur. Məhz buna görə də, günü ikinci yarısında və ya gecə üz dərisinə qidalandırıcı krem, müxtəlif yağlar çəkməyiniz yaxşı effekt verəcək.

Gecə qida qəbul etməyin!
Yuxu zamanı bağırsağın aktivliyi azalır. Belə olan halda qida zəif həzm olunur. Nəticədə bağırsaqlarda qıcqırma prosesi gedir ki, bu da özünü üz dərisində səpgilərlə büruzə verir. Axşamlar yalnız aşağı karbohidrat tərkibli yüngül qidalardan istifadə etmək məsləhətdir. Məsələn, yağsız balıq və bir stəkan kefir ən yaxşı axşam yeməyi hesab oluna bilər. Axşam yeməyində qəti şəkildə tərəvəz, ət, çörək kimi ərzaqlardan istifadə etmək olmaz. Səbəbi isə qıcqırma prosesinin daha da güclənməsi və dəriyə pis təsir etməsidir.

Ən vacib sirr

Dərinizin gözəlliyini və və sağlamlığını qorumaq üçün kosmetoloqların da məsləhət gördüyü bir sırri sizinlə bölüşmək istəyirik. Bu sirr “gözəllik yuxusu” adlanır. Gözəllik yuxusu – saat 22.00-00.00 arası olan yuxu müddətidir. Məhz bu zaman kəsiyində dəridə cavan hüceyrələrin bölünməsini təmin edən hormon sintez olunur. Lakin burda bir məqam var. Sözügedən hormon yalnız insan yuxuda olarkən və gözlərə işıq düşmədikdə ifraz olunur. Buna görə də, əgər siz saat 00.00-da qaranlıq otaqda möhkəm yuxuda olsanız, o zaman öz cavanlığınızı uzatmış olarsınız.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

One Reply to “Yuxudan Gözəl Oyanmaq Üçün Bu Qaydalara Əməl Edin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir