Yuxuda Su Görmək Və İçmək
Yuxu Yozmalar

Yuxuda Su Görmək Və İçmək

Yuxuda su görmək, xoş bir həyata və gözəl bir ruziyə yozular.

  • Bir kimsənin yuxuda suyu evində görməsi – səadətə, bolluğa, çox xeyirə və subaydırsa evlənməyə yozular.
  • Suyun çox təmiz görülməsi – ruzinin bol olmasına və ədalətin yayılmasına yozular.
  • Bir kimsənin özünə bir qədəh içində su verildiyini görməsi – uşağa yozular.
  • Yuxusunda su içən – gözəl bir həyata qovuşar.
  • Su görmək:
    saf və aydın olsa – xeyir və mənfəətə
    bulanıq olsa – kədərə və dolanışıq darlığına işarədir.
  • Qədəh içində olan saf suyu içdiyini görən kimsə – uşaq və xanımından xeyirə çatar.
  • İsti su içdiyini görən kimsəyə – şiddətli bir kədər isabət edər.
  • Safi bir suya atladığını görən kimsə – tez sevincə çatar.
  • Axıntısı olmayan su – həbsə yozular.
  • Acı su – acı bir güzarana yozular.
  • Duzlu su – dolanışığı çətinliyi, kədərdir.
  • Bulanıq və iylənmiş su – haram maldır.
  • Sarı su – xəstəlikdir.
  • Yuxuda quyudan qara su çıxarılması – yuxu sahibinin evlənəcəyi xeyirsiz bir qadına yozular.
  • Şirin su – halal ruziyə, ürək və elmin gözəlliyinə və ölümə yaxınlaşan bir xəstə üçün yenidən həyata yozular.
  • İsti su görmək – xəstəlik və hüzndür.
  • Ətəyi ilə su daşıdığını görmək – malında və dünya işlərində əskilməsindən dəlalət edər.
  • Bir şüşəni su ilə doldurduğunu və o sudan içdiyini görənin yoldaşı hamilə qalar. Əgər yuxunu görən evli deyilsə, evlənər, ruzisi artar.
  • Birinə pulsuz su verdiyini görən – yaxşılıq edər, bir rəvayətə görə, bir yerdə quruluş etdirər.
  • Bir yerə su töküldüyünü görmək – o yerdə feyz və bərəkətə dəlalət edər.
  • Evində, hər nə şəkildə olursa olsun, saf və aydın su olduğunu görmək – yaxşı və xoşbəxt bir həyata, geniş ruziyə,
    bulanıq su görmək – zərərə, dolanışıq çətinliyinə dəlildir.
  • Özünü su içində görən çətin bir işlə məşğul olar.
  • Evində və ya bostanına su çevirdiyini görən – evlənər
  • Üstünə su sıçradığını görən – xeyr və mənfəətə çatar. Əgər bu bulanıq və pis qoxulu isə – yuzumu əksinədir.
  • Suların yerlərə töküldüyünü görən – malından xərcləyər.
  • Körpü və ya kəmər altında suların axdığını görmək – xalqın özlərinə köməkçi olan bir kimsədən xeyr görəcəklərinə işarədir.
  • Dənizin suyunu bir tərəfə çevirib axıtdığını görən – dinsiz bir kimsədən mal əldə edər.
  • Suyu axıdan bir qabda – məsələn kalbur və ya süzgəc kimi –
    su saxlamaq istədiyini görən – özünə faydası olmayan bir işə bağlanar.
  • Hər hansı bir şey içində su saxlamaq – uzun ömür dəlalət edər.
    O sudan xərclədiyi – ömürünün keçəni,
    qalanı isə ömürünün geri qalanının.
    Əgər bütün suyu içərsə – əcəli gəlmiş deməkdir.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir