Yenidən sərt məhdudlaşmaya gediləcək - DEPUTAT
Hər Şeydən Bir Az

“Yenidən sərt məhdudlaşmaya gediləcək” – DEPUTAT

Son 3-4 gündə ölkədə yoluxanların sayı artma dinamikası iə davam edir. Hətta gündəlik yoluxanların sayı 2 rəqəmlidən 3-ə yüksəlib. Belə ki, avqustun 16-də 112 nəfər koronavirusa yoluxub. Bu artım dinamikası davam edərsə, Azərbaycanda karantin rejimində yenidən sərtləşmə ola bilərmi?

1Arada.az xəbər verir ki, bununla bağlı KONKRET.az-a danışan deputat Fazil Mustafa bildirib ki, bütün hallarda vəziyyətə uyğun qiymətləndirilmə olur: “Hesab edirəm ki, bu istiqamətdə problemlər davam etsə və artımlar çoxalsa, yenidən məhdudlaşmaya gediləcək. Bu barədə insanları da tam qınamaq olmur. Müəyyən problemləri var. Onları həll etməlidirlər. Amma bütün hallarda təhlükəsizliyə əməl edilməlidir. Vətəndaşlarımız qoyulan qaydaları əməl etmək məcburiyyətindədirlər. Əgər əməl etməsələr belə problemlər artacaqdır. Dövlət vətəndaşları üçün müəyyən yumşalmalara getməyə davam edəcək. Amma görülsə ki, artım çoxalır, bu istiqamətdə hər hansı bir faydalı addımın atılması çətin olacaq. Mütləq qoyulan məhdudiyyətlər artırılacaq. Açılan sahələrində fəaliyyətinin yenidən dayandırılması nəzərdə tutula bilər. Ona görə də vətəndaşlar diqqətli olmalıdır. İnsanlarımız minimum qaydalara əməl etsələr, hər hansı bir təhlükəli vəziyyət yaranmaz”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir