Yenidən sərt karantin tətbiq oluna bilər
Hər Şeydən Bir Az

Yenidən sərt karantin tətbiq oluna bilər?

Qonşu dövlətlərdə koronavirusa yoluxma sayının artmasına baxmayaraq, Azərbaycan üçün sərt karantin qaydalarının yenidən tətbiqi arzuolunan deyil. 1Arada.az Pravda.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, artıq iqtisadiyyatda mərhələli açılım həyata keçirilir və qısa zamanda bunun aktivliyə təsirləri də müşahidə olunur: “Xüsusən də regionlarda turizm sektorunda xüsusi canlanma müşahidə edilməkdədir. Bu baxımdan, növbəti mərhələdə də yeni standartlar tətbiq etməklə iqtisadi açılımın davam etdirilməsi məqsədəuyğun olardı. Pandemiyanın nə zaman başa çatacağı ilə bağlı proqnozlar nikbin olmadığı üçün iqtisadiyyatın yeni şərtlərə uyğunlaşdırılması daha arzuolunandır. Bu kontekstdən işləməsinə hələlik icazə verilməyən sahibkarlq fəaliyyətlərinin də bərpası üçün yeni standartların hazırlanması və tətbiqi vacibdir”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir