Yeni ili sağlam qarşılamaq üçün nələr etməliyik ekspert məsləhəti
Müsahibələr Redaktorun Seçimi

Yeni ili sağlam qarşılamaq üçün nələr etməliyik? Ekspert məsləhəti

Yeni ilin təhvil olmasına sayılı günlər qalır. İnsanlar yeni ili harda qarşılayacaqlarını artıq planlaşdırıblar. Bir çoxları yeni ilin gəlişini  evdə ailəsi ilə qeyd etməyə üstünlük versələr də, bəziləri  əyləncə məkanlarına, restoranlara, otellərə üstünlük verərək, bayramı  daha fərqli və yaddaqalan keçirmək istəyirlər. Amma bir çox hallarda bu cür əyləncə başağrısına çevrilərək bizi xəstəxanaya sala bilər . Yeni ilə daha sağlam qədəm qoymaq üçün bayram gecəsi nələrə diqqət yetirməliyik? Bu məqsədlə 1Arada.az sizə qida mütəxəssisi  İsa Əliyevin tövsiyyələrini təqdim edir:

Yeni il qabağı bir çox insanlar, bəziləri evlərində bəziləri isə müəyyən restoranlarda, şadlıq evlərində, otellərdə yeni ili qarşilayırlar. Bir çox  hallarda qeyri düzgün gidalanma nəticəsində  zəhərlənmə hallarıda baş verir. Bu zəhərlənmələr xüsusən ət və ət məhsullarından , süd və süd məhsullarından və o cümlədən də yararlılıq müddəti bitmiş qida məhsulların istifadə nəticəsində yaranır. Bu cür məhsulların istifadə  edilməsi insan həyatı üçün təhlükəlidir.

Bunun üçün yaxşı olar ki, müştərilər getdikləri restoranlarda tam əmin olsunlar ki, orada istifadə olunan ət və ət məhsulları, süd və süd məhsulları keyfiyyətlidir. Əks halda əgər müştəri restoranın sadəcə reklamına və yaxud əyləncə proqramının yüksək səviyyədə keçməsinə aldanıb oraya gedirsə yaşxı olar ki, restoranın administrasiyasından alınan ərzaqların haradan aldıqları və məişət haqqında sertifikatlarını tələb etsinlər. Çünki yüksək səviyyəli restoranlar bazarlıqlarını hansısa bazardan və ya küçələrdən etmirlər. Onlar bazarlıqlaəsuliyyətrını mütamadi olaraq firmalardan, şirkətlərdən edirlər. Ona görə də, bütün restoran , şadlıq sarayları və ya otellər həmin firmalardan sertifikatları tələb etməlidirlər. Səhəri gün  hansısa bir problemlə üz-üzə qalsalar məsuliyyət daşıyacaq firma bəlli olsun. Və yaxudda restoranda müştəri sertifikatı tələb etsə göstərə bilsinlər.

Bu yaxınlarda qeyri sanitar və gigeyenik şəraitdə spirtli içkilər hazırlanan müəsissələr aşkarlandı.  Bunlar da insan sağlamlığını təhdid edir. Bəzi hallarda spirtli içkilər ucuz başa gəlsin deyə müxtəlif kimyəvi  ingridientlərdən istifadə edirlər, bu da öz  növbəsində insan sağlamlığı üçün təhlükəlidir.

Bir çox hallarda mağaza və marketlərdə endirim kampaniyaları təşkil olunur. Təsüflər olsun ki, bəzi hallarda bu endirim kampaniyalar da aldadıcı olur. İlin sonuna yaxınlaşdıqca bir çox firmalar öz məhsullarını sanki yeni il endirimi edirmiş kimi mağazalarda satışını təşkil edirlər. Amma həmin malların bir çoxunun üzərində istifadə tarixinin sonuna sayılı günlər qaldığının şahidi olursan.  Bəzi hallarda belə həmin məhsulların hətta son istifadə tarixi bitmiş olur. Bunlara diqqət olunmalıdır.

Bunan başqa bazarlarda və ya kücədə satılan üzərində yeni il atributları, şaxta baba – qar qız olan hədiyyələr satılır…içərisində uşaqlar üçün bəzi qida məhsulları və ya şirniyyatlar olan yeni il paketləri satılır. O hədiyyələrində bir çoxu hansı məhsullardan istifadə olunduğu şübhəli və sual altındadır. Və onları açıb bir çox hallarda görürsüz ki, içərisində olan biskvitlər, şokolodlar və şirniyyatların bir çoxunun son istifadə tarixi bitib. Təbii ki belə hallar bizim övladlarımızın sağlamlığı üçün çox təhlükəlidir və xüsusən də valideynlərin diqqətli olmağı lazımdır.

Bayram ərəfəsində şəhərimizin bir çox yerlərində şənliklər təşkil olunur və təbii ki, yeməklər, qidaların və içkilərin satışıda olur. Bayramımızın mənfi təsuratlarla yadda qalmasını istəmirsizsə yediyinizəvə içdiyinizə diqqət yetirin!

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir