Yeni İl gecəsi Bulvarda möhtəşəm şou olacaq
Hər Şeydən Bir Az

Yeni İl gecəsi Bulvarda möhtəşəm şou olacaq

Bulvarda Yeni il hazırlıqları

1Arada.az bildirir ki, bu il Bulvarda yeni il daha təmtəraqlı olacaq. Bütün Dənizkənarı Milli Park ərazisi yeni dizaynda, daha rəngarəng və müasir formada bəzədilir. Artıq Neftçilər prospekti boyunca və Bulvar ərazisindəki bütün Şam ağacları və dirəklər çılçıraqlarla bəzədilib. Bulvar boyunca ayrı ayrı rəngarəng kompazisiyalar qurulur.


Bayram günlərində Bulvara giriş istiqamətlərində paytaxt sakinləri və qonaqlar təmtəraqlı bəzəklərlə qarşılanacaq. Artıq Kukla teatrının yanındakı yeraltı keçidin önündə bulvar ərazisi istiqamətində işıqlarla bəzədilən, uzunluğu 67 m olan tunel quraşdırılıb.
Bulvar ərazisində iki Yolka quraşdırılıb. Bunlardan biri Köhnə Bulvar ərazisində Dinamo deyilən yerdə (təxminən 12 metr), digəri Ağ Şəhər Bulvarı ərazisində (təxminən 18 metr) hündürlüyündədir.
Bayram günlərində Bulvarda Yeni ilin bütün atributlarına rast gələ biləcəksiniz. Rəngarən bəzədilmiş retro maşınlar müəyyən ərazilərdə hərəkət edəcək.
Gələn həftədən başlayaraq təxminən 3 həftə ərzində Kukla Teatrının arxasında yerləşən meydanda bayram proqramı təqdim olunacaq. Milli Parka gələn paytaxt sakinləri və şəhərimizin qonaqlarını maraqlı surprizlər, canlı musiqi gözləyir.


Bulvardakı bayram ab-havası həm uşaqlar, həm də böyüklər üçün maraqlı olacaq.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir