Yanacağa qənaət etmək üçün avtomobili necə idarə etmək lazımdır?
Avtomobil Dünyası

Yanacağa qənaət etmək üçün avtomobili necə idarə etmək lazımdır?

Yanacaq sərfini minimuma endirməklə büdcəsinə qənaət etməyi kim istəməz ki? Amma necə?

1Arada.az bildirir ki, bu mövzuda bir çox fikir ayrılıqları var.

Bəzi sürücülər düşünürlər ki, sürət pedalını yerə sıxmaqla yanacaq sərfiyyatına nail olmaq mümkündür. Bəziləri isə bunun üçün sürətlənməni rəvan şəkildə etmək lazım olduğunu iddia edir. Yanacağa qənaət etmək üçün mühərriki yavaşlatmaq lazım olduğunu deyənlər də az deyil. Bir qism sürücü isə bunun üçün sürət qutusunu neytral rejimdə saxlamağı üstün tutur. Bəs əslində səmərəli istifadə etməklə yanacağa necə qənaət etmək olar? Bu mövzuda mütəxəssislərin rəyi necədir?

Kəskin və ya rəvan?

Yanacağa qənaət etmək üçün sürətləndirici pedalı yerə sıxmaq lazımdır. İstehsalçıların cavabı belə düşünənləri məmnun etməyəcək. Araşdırmalar nəticəsində belə qənaətə gəlinib ki, maşını rəvan şəkildə idarə etmək “qazı yerə ” rejimindən daha effektivdir. Xüsusən də avtomat ötürücülər qaz pedalı ilə kəskin iş zamanı daha çox yanacaq sərf edir.

Əyləcdən necə düzgün istifadə etmək?

Bəzi sürücülər mühərrikin vasitəsilə sürəti azaltmağın səhv olduğunu söyləyirlər. Bir çox avtomobil sahibləri isə yanacağa qənaət naminə, avtomat ötürücünü neytral və ya park vəziyyətinə keçirlər. Bu isə yalnış yanaşmadır. Çünki siz bununla nəyinki mühərrikin sürətini azaltmırsınız, hətta qəza vəziyyəti yaradır və maşınınızın sürət qutusuna zərər verirsiniz. Enişdə və yoxuşda isə avtomat qutunu neytral vəziyyətə keçirmək və ya söndürmək qətiyyən olmaz. Bu çox təhlükəlidir.

Bu sadə məsləhətlərə əməl etməklə yanacağa və büdcənizə qənaət etmək çox asandır. Biz sizə mütəxəssis rəyini təqdim etdik. Kənardan eşitdiklərinizə qulaq verib həyatınızı təhlükəyə atmayın. Yolunuz açıq olsun.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir