“WhatsApp”da daha bir yeni FUNKSİYA
Hər Şeydən Bir Az

“WhatsApp”da daha bir yeni FUNKSİYA

Koronavirus pandemiyası ilə əlaqədar  “WhatsApp” tətbiq etməsində yeni funksiya işə salınıb.

1Arada.az  xəbər verir ki, bu barədə “WhatsApp”ın rəsmi saytında məlumat verilib.

Məlumata görə, proqramda qrup şəklində audio və video zənglərdə iştirak edəcək istifadəçi sayına qoyulan limit 2 dəfə artırılıb. Bundan sonra qrupa dörd deyil, səkkiz nəfər qoşula bilər.

Qeyd edilib ki, yenilik koronavirus pandemiyasına görə insanların onlayn danışıqlara olan ehtiyacı ilə əlaqədardır.

Bu funksiyanın aktivləşməsi üçün proqramı yeniləmək lazımdır.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir