Vəzifəli şəxs koronavirusdan öldü
Hər Şeydən Bir Az

Vəzifəli şəxs koronavirusdan öldü

İranda koronavirusa yoluxmuş yüksək vəzifəli məmur ölüb.

1Arada.az-ın xəbərinə görə, yerli “Fars” agentliyi məlumat yayıb ki, İranın Ali lideri yanında Məsləhət Şurasının üzvü Məhəmməd Mirməhəmmədi bu gün dünyasını dəyişib.

Ölümün dəqiq səbəbi bilinir. Lakin agentlik qeyd edir ki, həmin şəxsdə koronavirus aşkarlanıb və o, martın 1-də Tehranda xəstəxanaya yerləşdirilib.

72 yaşlı M. Mirməhəmmədinin məhz koronavirusdan öldüyü ehtimal edilir.

Qeyd edək ki, İranda yeni koronavirusa yoluxma ilk dəfə fevralın 19-da Qum şəhərində qeydə alınıb. Rəsmi məlumatlarda indiyədək İranda 978 yoluxmanın qeydə alındığı, ən azı 54 ölüm faktının baş verdiyi açıqlanıb. (APA)

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir