Uşaqlığın ən unudulmaz dadı - Hazırlanması
Yemək Reseptləri

Uşaqlığın ən unudulmaz dadı – Hazırlanması

Uşaqlığın bəlkə də ən unudulmaz və şirin xatirələrindən biri də “Xoruz” adlandırılan şüşə konfetlərdir.

Daha çox yaddaşlarda xoruz formasında qaldığı üçün bu cür adlandlrılan bu konfetlər ən müxtəlif formalarda də dadlarda hazırlana bilər.

1Arada.az sizə ev şəraitində çöpdə müxtəlif bəzəkli şüşə konfetlərin hazırlanmasını təqdim edir:

Lazım olanlar:
200 qr şəkər tozu

5 xörək qaşığı su  

Desert qaşığı limon şirəsi və ya 1 xörək qaşığı 9 faizli sirkə

Kazığı yağlamaq üçün bitki yağı

Konfetləri bəzəmək üçün müxtəlif konditer məhsulları

Hazırlanması:

Şəkər tozunu bir qaba tökərək üzərinə su əlavə edin. Zəif odda qaynamağa qoyun. 5-7 dəqiqə ərzində qarışdıraraq qaynadın. Sonda içərisinə limon şirəsi və ya sirkə əlavə edin. Yaxşıca qarışdırın. Ən sonda isə qarışıma övqə görə vanil, zəncəfil tozu və ya bal əlavə edə bilərsiniz. Hazır siropun temperaturu 170-175 dərəcə olmalıdır.

Siropun hazır olmasını isə aşağıdakı yolla müəyyən etmək mümkündür:

Əgər  qaynar sirop damcısı soyuq suya düşən kimi bərkiyir və ələ yağışmırsa deməli karamel hazırdır.

Sirop hazır olduqdan sonra qazı söndürün və isti qabı soyuq su dolu qaba qoyun.

Yağlı kağızı və ya silikon lövhəni bitki yağı ilə yağlayın. Şirəni kiçik porslarla ora tökün.

Daha sonra ona çubuq birləşdirərərk üzətini bəzəyin. Çubuğun möhkəm birləşməsi üçün azacıq sirop əlavə edin.



1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir