Uşaqlara vurulan BSJ vaksini koronavirusdan qoruyur
Hər Şeydən Bir Az

Uşaqlara vurulan BSJ vaksini koronavirusdan qoruyur

Avatraliya alimləri Melbrun klinikasında vərəm peyvəndinin Covid-19-la mübarizədə rolunu sınaqdan keçirdiklərini bildiriblər.

1Arada.az -ın bildirdiyinə görə, İnstitunun infeksion xəstəliklər şöbəsinin rəhbəri Naycel Kertis hesab edir ki, BSJ vaksininin koronavirusa əks təsir edir.


“Bu vaksin yalnız vərəm deyil həmçinin də, müxtəlif virus və bakterial infeksiyalarla mübarizə aparması üçün immun sistemini gücləndirir. Əgər biz bu vaksinin işə yarayacağına inanmasaydıq o zaman vaxt itirməzdik. Amma biz bu ideyanın da işə yarayacağından tam əmin deyilik. Əlbəttə ki, bunu müəyyən etməyin yeganə yolu onu praktikaya tətbiq etməkdir. ” deyə bildirilib.

Vaksinin effektivliyini yoxlamaq üçün 4 min könüllü tələb olunur.

Sınaqlar 30 mart tarixindən başlayacaq. Könüllülərin birinci qrupu yalnız mövsümi qripdən, ikinci qrupu isə həm qrip həm də vərəmdən peyvənd olunacaqlar.

Bundan sonra yarım il ərzində iştirakçılar öz vəziyyətlərini kontrol edəcəklər. Müşahidə edilən nəticələrə əsasən üsulun nə qədər effektli olduğu məlum olacaq. Avtraliyalı həkimlərin apardıqları bu təcrübəyə tədricən Niderland və ABŞ alimlərinin də qoşulacağı gözlənilir.

İlk olaraq BSJ vaksini vərəmlə mübarizə üçün nəzərdə tutulub. İl ərzində 130 milyon uşağa bu vaksin vurulur. Araşdırmaçılar BSJ peyvəndinin immunitetə yaxşı təsir etdiyi nəzərə alaraq gələcəkdə bu preparatdan koronavirusa qarşı da istifadə ediləcəyinə ümid edirlər.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir