Uşağınızın həyatını xilas edəcək 10 sual
Qadın Uşaq Kişi

Uşağınızın həyatını xilas edəcək 10 sual

Uşaqlar onlar üçün təhlükənin haradan gəldiyindən bixəbər olurlar. Bu onlara izah edilərək başa salınmalıdır. Buna görə də, valideyinlər öz uşaqlarının təhlükəzlik qaydalarını bilib -bilmədiklərindən əmin olmalıdırlar. Siz uşağınızın təhlükəli vəziyyətdə özünü necə aparacağını bilirsiniz? Ona verəcəyiniz 10 sadə sualla bundan agah ola bilərsiniz.

1Arada.az təhlükəsizlik qaydaları haqda uşaqlarınıza verə biləcəyiniz 10 sulı təqdim edir:


1. Əgər valideynlər evdə yoxdursa və kimsə qapını açmağa cəhd edirsə neyləmək lazımdır?
2. Tanımadığın xaladan konfet götürərsən?
3. Əgər evdə heç kim olmayanda televizordan tüstü çıxarsa neyləyərsən?
4. Tanımadığın bir kişi səndən kömək istəsə ona kömək edərsən?
5. Əgər bir sürü it üstünə cümsa neyləyərsən?

6. Təzəcə tanış olduğun bir adamın evinə qonaq gedərsən?
7. Evdə qaz iyi hiss etsən nə edərsən?
8. Liftə səni 2 nəfər tanımadığın adan gözləsə gedrsənmi?
9. Qapını kimə açmaq olar?
10. Əgər səni tanımadığın adam tutsa neyləyərsən?

Sualların cavabları:

1. Uşaq evdə tək olanda kimsə qapını açmaq istəsə o zaman o, valideynlərinə, qonşuya ya da 102-yə yəni polisə zəng vurmalıdır.

2. Tanımadığı isanlarda uşaq yemək, oyuncaq götürə bilməz. Uşağa öyrətmək lazımdır ki, o tək-tək hallarda qonşu olan qoca nənənin verdiyi konfeti ala bilər.

3. Vlideynlər evdə olmadıqda yanğın təhlükəsi meydana çıxdıqda 103-ə zəng vurub evi tərk etmək lazımdır. Uşaq qonşulara da müraciət edə bilər. Amma yanğını təkbaşına söndürmək qətiyyən olmaz!

4. Əgər kimsə küçədə uşaqdan yarım istəyərsə o zaman qəti şəkildə imtina etməlidir. Yaxşı olar ki, tez yox cavabı verib oradan uzaqlaşsın. Əgər həmin adama həqiqətən də kömək lazımdırsa onda o digər yetkin insanlara kömək edcək.

5. Bu halda başlıcası syuqqanlı olmaqdır. İtin gözlərinə baxmaq olmaz. Onların fikirlərini yayındırmaq üçün əldə olan hər hansı bir əşyanı kənara tullamaq lazımdır. Daha sonra sərt hərəkətlər etmədən və arxanızı itlərə çevirmədən ordan uzaqlaşmaq olar.

6. Uşağa az tanıdığı insanın evinə qonaq getməyi qadağan edin. Bu uşağın həyatı üçün təhlükəli ola bilər.

7. Uşaq təcili olaraq evi tərk etməlidir. Qonşulara müraciət edərək kömək istəmək olar.  

8. Uşaq tanımadığı şəxslərlə liftə girməməlidir.Uşağa liftə minmək təklifinə imtina etməyi başa salın.  Məsələn o deyə bilər ki, valideynlərin indi gəlirlər. Onlarla birlikdə liftə minəcəm.  

9. Uşaq qapını tanımadığı şəxslərə açmamalıdır. Bu barədə demək olar ki, bütün uşaqlar bilirlər. Sadəcə olaraq sizin uşağın da bildiyindən əmin olun.

10. Yad bir insan uşağı tutarsa neyləmək lazımdır? Ən doğru yolu ətrafdakıların diqqətini çəkməkdir. Qışqırmaq, çabalamaq və hətta əl altında olan hər hansı bir əşya ilə maşının şüşəsini vurub sındırmaq çıxış yolu ola bilər.

Ğvladınıza bu qaydaları öyrətsəniz o yaranan hər hansı bir problemdən vaxtında və sağ-salamat çıxa bilər.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir