Hər Şeydən Bir Az Turizm

Turizm Üçün Ən Ekstremal İqlimə Malik Şəhərlər

Turizm üçün maraqlı hesab edilən şəhərlər siyahısında həddən artıq soyuq və ya isti havaya malik, həmçinin də nəfəs almağın çətin olduğu yüksəkliklərdə yerləşən şəhərlər az deyil.

1arada.az sizə maraqlı və qeyri adılıyı ilə fərqlənən turizm şəhərlərinin siyahısını rəqdim edir:
1-ci yerdə Rusiyanın Yakutsk şəhəri və orda yerləşən Oymyakon kəndi dayanır. Yakutsk öz ekstremal iqlimi ilə fərqlənir, səbəbi isə havanın temperaturunun qışda -40 dərəcəyə enməsi yayda isə 29 dərəcəyə qədər qalxmasıdır. Bu səbəbdən də şəhər ekstimi sevən insanlarln marağını özünə cəlb edir. Yakutsk həm də Sibirin vacib elmi mədəni mərkəzi hesab edilir.

Yakutskın tərkibində olan Oymyakon kəndi də ekstremal yer kimi tanınır. İndiyə qədər Yer kürəsinin canlılar yaşayan ərazisində məhz burda 1926-cı ildə ən aşağı – 71,2 dərəcə temperatur qeydə alınıb.

Siyahıda növbəti şəhər Yakutiyanın başqa bir şəhəri olan Verxoyansk şəhəridir. Bu şəhərin özəlliyi temperaturun kəskin şəkildə hətta rekord həddə qədər dəyişməsidir. Burda qeydə alınan ən aşağı temperatur – 69,8 dərəcə, ən yüksək temperatur isə 37 dərəcə olub. Temperatur fərqi isə 106.8 dərəcə təşkil edib ki, bu səbəbdən hətta şəhərin adı Ginnes rekordlar kitabına da daxil edilib.

Dünyanın ən isti şəhəri Meksikanın San-Luis-Rio-Kolorado şəhəri hesab edilir. Burda maksimal temperatur 59.5 dərəcə olub.
Peruda yerləşən La Rinkonada şaxta şəhəri yer kürəsində getmək üçün ən çətin şəhər hesab olunur. Dəniz səviyyəsindən 5099 m hündürlükdə yerləşən bu şəhərə qalxmaq heç də asan məsələ deyil. Şəhər əbədi buzluq zonasında yerləşir ki, burda 30.000-dən çox sakin məskunlaşıb.
İsraildə yerləşən İerixon və Tabxa şəhərləri dəniz səviyyəsindən 200 m aşağıda yerləşdiyi üçün ora gedib çatmaq da asan sayılmır.
Ən tənha və sivilizasiyadan kənar şəhər isə Aleuts adaları qrupunda yerləşən Adak ada-şəhəridir.
Ən ucqar şimal nöqtəsində yerləşən yaşayış məntəqəsi isə Şimali Norveç ərazisində olan Xammerfest və norveç arxipelaqında yerləşən Şpisberqen, həmçinin də Alyaskanın şimalındakı Barrou şəhərləri hesab edilir.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir