Toy və yas mərasimlərinə nə vaxt icazə veriləcək
Hər Şeydən Bir Az

Toy və yas mərasimlərinə nə vaxt icazə veriləcək? – Operativ Qərargahdan AÇIQLAMA

Son iki gündə karantin rejiminə görə qurulan postların və küçədə polislərin, Daxili Qoşunların əsgərlərinin sayı azaldılıb. Sosial şəbəkədə mayın 31-də karantin rejimin bitəcəyini, toylar və yaslara icazə veriləcəyi ilə bağlı iddialar yayılıb.
1Arada.az-ın sonxeber.az-a istinadən məlumatına görə, bununla bağlı məlumat verən deputat Fazil Mustafa bildirib ki, məsələ ilə bağlı qərarları Nazirlər Kabineti yanında Operativ Qərargah verir:
Operativ Qərargah ölkəmizdə real vəziyyəti, yoluxanların sayı və dünyadakı mövcud vəziyyəti analiz etdikdən sonra yumşalma ilə bağlı qərarlar verir. Bizim söylədiklərimiz sadəcə ehtimal ola bilər. Düşünürəm ki, yoluxmaların sayı azalma dinamikası ilə davam etsə, mayın 31-də növbəti yumşalma ola bilər. Bilirsiniz ki, dünən yoluxanların sayı son bir neçə gündəkindən az olub. Əgər yoluxanların sayı azalma dinamikası ilə davam etsə, növbəti yumşalma ola bilər. Amma karantin rejimin bitməsini, toylar və yasların keçirilməsinə icazə veriləcəyi real görünmür. Çünki bizdə toylar və yas mərasimləri koronavirusun yayılma mənbəyi ola bilərdi. Əlbəttə tezliklə normal vəziyyətimizə qayıtmağımız insanlarımızın məsuliyyətli olmasından və Operativ Qərargahın qoyduğu qaydalara əməl etməklərindən asılıdır”.
Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmisi İbrahim Məmmədov məsələ ilə bağlı bildirib ki, bu barədə hələlik bir söz demək mümkün deyil:
“Çünki bu barədə konkret qərar yoxdur. Hər şey yoluxanların sayının artma-azalma dinamikasından asılıdır”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir