Timatinin keçmiş və yeni sevgilisi bir araya gəldi
Gözəllik və Dəb

Timatinin keçmiş və yeni sevgilisi bir araya gəldi

Bu günlərdə ABŞ-da açdığı fast food restoranının açılış gününə dəvət etdiyi  dünyaca məşhur Castin Biberin gəlişinə bir milyon dollar pul xərcləyən rus reper Timatinin keçmiş və indiki sevgililəri bir araya gəliblər.

1Arada.az bildirir ki, Timatinin qızının anasını Alyona Şışkova və indiki sevgilisi, eyni zamanda yeni doğulan oğlunun anası Anastasiya Reşetova bir brend məhsulun reklam kompaniyasının  siması olublar. Lüks kosmetik vasitənin məhsulları üçün çəkilişə razılıq verən modellər məhsulun keyfiyyətini bəyəndikləri üçün kamera önünə keçdiklərini vurğulayıblar.

23 yaşlı Anastasiya və 27 yaşlı Alyona çəkilişlər zamanı ağ və qara geyimlərdə olublar. Gözdən qaçmayan bir məqam da xanımların boğazlarından sallanan ağ və qara rəngli canlı ilanlar olub.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir