Ticarət mərkəzləri mayın 11-dən açılacaq - RƏSMİ CAVAB
Hər Şeydən Bir Az

Ticarət mərkəzləri mayın 11-dən açılacaq? – RƏSMİ CAVAB

“Ticarət mərkəzlərinin mayın 11-dən açılması məsələsi bu həftə məlum olacaq. Amma bu günə olan statistika ürəkaçan deyil”.

1Arada.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Aparatının Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O əlavə edib ki, rayonlarda ticarət mərkəzləri açılsa da, bu, arxayınlaşmağa əsas vermir: “Ticarət və ictimai iaşə müəssisələrində təlimatlara mütləq əməl etmək lazımdır, əks halda neqativ statistika ilə üzləşəcəyik”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir